adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

İNSAN ƏZABININ SON HƏDDİ

FƏRİDƏ RƏHİMLİ
62623 | 2014-08-16 01:39
- Niyə məni xilas etdin?
- Çünki mən sənin üzündə insan əzabının son həddini gördüm...
Bu sözləri yəqin ki, çoxları xatırlayır, "Nəsimi" filmindən yaddaqalan bir kadrdandır.
Əsgərlərimiz tərəfindən tutulan erməni diversantının qorxudan saralmış sifətini, o sifətdəki əzabı, yalvarışı, yazıqlığı, acizliyi - bir sözlə insan əzabının son həddini gördüm. Bir neçə saat əvvəl bu ölkəni yerlə-yeksan etməyə hazır olan adam indi yalvararaq prezidentimizdən bağışlanmasını istəyirdi. Havadarlarına, dünyaya həmişə özlərini yazıq, əzabkeş millət kimi göstərmələrinin bəhrəsini gördüklərindən bu metoddan ikinci variant kimi istifadə etmək adətləridir. Yəni, dünya insanlarını da qınamaq olmaz, o əsir elə bir miskin durumda idi ki, yəqin məndən asılı olsaydı, onu azad edərdim...
O əzablı üzü bir neçə gün unuda bilmirəm. Xocalı faciəsində ermənilərin törətdikləri vəhşilikləri - qadınlarımızın, qızlarımızın, qocalarımızın, əsgərlərimizin başına gətirilənləri misal çəkdilər, körpə uşaqlarımızın dəhşətdən dəli olma həddinə çatacaq vəziyyətlərini, valideynlərinin gözü qarşısında qızlarına, körpələrinə, valideynlərinə verilən əzabları misal çəkdilər, hər gün üstümüzə gələn şəhidləri yada saldılar, xarabazara çevrilmiş yurd yerlərimizi, talan olmuş varidatımızı, erməninin öz adına çıxmaq istədiyi qədim abidələrimizi, dünyada Azərbaycan əleyhinə birləşmiş erməni həyasızlığını misal çəkdilər, amma o üzü unuda bilmədim. Təbii ki, bu deyilənləri mən də bilirəm və torpaqlarımız alınmayınca, ermənini öz gəldikləri yerə qədər qovmayınca ürəyim sakitlik tapmaz, amma bu, insan ölümü, insan əzabı hesabına olmamalıdır. Həqiqətən müharibədə udan tərəf olmur. Hər iki tərəfdə haqlı, haqslz, fərqi yoxdur, itkinin acısını, əzabını dadan yenə insan özü olur.
O əsgər niyə o qədər qorxmuşdu? Axı illərlə döyüş təlimi keçən, hər çətinliyə öyrədilən, bütün silah növlərindən istifadəni bilən və yəqin ki, ən güvənilənlərdən biri idi ki, onu ürəklə kəşfiyyata göndərmişdilər. Bəlkə o, ələ keçənədək özünü məğlubedilməz hesab edirdi və törədəcəyi dağıntının, ölümlərin tofolarını çəkib geri dönərək qəhrəman olmaq xəyalını qururdu. Rastlaşdığı mənzərəni - ona aşılanan, türkün ermənifobiyası olduğu sərsəmliyinin əksi olduğunu gördükdə şoka düşdü. Sonu çatdığını anladı. Bəlkə də o bu qədər qorxmasaydı, sağ qalacaqdı və onu hansısa əsirimizlə dəyişəcəkdilər...
Erməni xisləti bax budur!
Qarabağ müharibəsi döyüşçüsü Talehin mənim bu ölümə təəssüfümə görə söylədikləri: "Erməni millətinin xisləti budur. Biz bunların "dabbaqda gönünə bələdik". Ələ keçdimi, yazıq sifət alacaq. Elə bir artistlik edəcək ki, ürəyin dözməyib buraxacaqsan. Amma bir saatdan sonra bağışlayan onun əlinə keçsə uf demədən başını kəsər. Bunların ölümünə görə təəssüflənməyə dəyməz. Bütün dünyada, lap ən son Soçi görüşündə erməni həyasızlığının şahidi olmadıqmı? Humanistlik gözəl insani keyfiyyətdir, amma bu humanistlik erməniyə qarşı olsa yanlış olar. Çünki onların doğulandan beyinlərini türkə, ümumiyyətlə özlərindən başqa millətlərə qarşı zəhərli faşist fikirlərlə dolduraraq insanlıqdan çıxarıblar. O beyni düzəltmək üçün başlarını partlatmaqdan başqa əlacı qalmır. Bəlkə torpaqları geri alandan sonra yeni nəsil erməniləri bu bəladan xilas etmək oldu. Amma onlara yenə də etibar yoxdu..".
Bəli, Soçi görüşündə prezidentimizin BMT-nin qəbul etdiyi qətnamələrin ermənistan tərəfindən yerinə yetirilmədimiyi diqqətə çatdırmasına erməni prezidentin: Bəs Azərbaycan BMT-nin qərarlarını yerinə yetirirmi? - kimi sualı da həyasızlığın son həddi idi. Və bu qədər topaqların talan edilməsindən, bu qədər qaçqın, məcburi köçkündən, insan qırğınından sonra bir erməni diversantın ölümü məsələsini gündəmə gətirməsi dənizdə batanın saman çöpündən yapşmasına bənzəsə də insanın əsəblərini qıcıqlandıran sərsəmləmələrdən başqa bir şey deyil. Prezidentimizin: O, qoxusundan öldü! - cavabıysa başqasının torpağına icazəsiz burnunu soxanların aqibətinin göstəricisi idi.
O əsgərin mənim torpağımda silah-sursatla nə işi vardı?
Bizim əsgərlər əsir düşərsə yalvarmırlar. Ya igidliklə ölür, ya da əzab, işgəncə verilərək erməni əsirləri ilə dəyişdirilir. Çünki bizim işimiz haqq işidir. Çünki bizim amalımız müqəddəsdir - öz torpağımız uğrunda canından keçmək şərəfdir. Erməni isə ya məcburiyyətdən, ya şöhrət dalınca gəlirlər. Ələ keçəndə isə mənim burda nə işim var? - düşünürlər. Əgər qoxudan ölməsələr!..

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV