SALON

ƏBÜLFƏT MƏDƏTOĞLU
33472 | 2007-08-07 04:02
Bilmirəm xatırlayırsınız, yoxsa yox. Azərbaycanda sovet imperiyası son nəfəsini alan günlər idi. Aləm qarışmışdı bir-birinə. Ağız deyəni qulaq, daha doğrusu, böyük deyəni kiçik, kiçik deyəni böyük eşitmirdi. Hamı birdən danışırdı. Rəhbərlər rəhbərlik edə bilmir, kiçiklər də rəhbərin rəhbərliyini qəbul etmirdilər. Bir sözlə, köhnə kişilərin dediyini loru dildə kağıza köçürsək, meydan qalmışdı ağzı günə. Bax belə bir vaxtda bir Vəzirov var idi - Əbdülrəhman Vəzirov. Həmin o Vəzirov bir az "qoz" söhbəti elədi, bir az "uşaq kimdəndi?" söhbətini elədi və sonra da dedi ki, a millət, hamam tikin. Daha ayrı sözlər də demişdi, onları xatırlatmağa indi ehtiyac duymuram. Ancaq bu xatırlamalarım da elə-belə deyil. Bunun bir nəmənəsi var. Həmin o nəmənə dediyim səbəbi də indi sizə açacam. Deməli belə...
   
   Mən xatırlamıram, zəhmət olmasa siz xatırlayın görək Vəzirov çaşıb deməmişdi ki, "hamınız salon tikin"? Birdən deyib eləyər, mən də unudaram, yaxşı alınmaz. Sonra da siz mənə irad tutarsınız. Bax, bəri başdan şərti kəsdim.

TƏQVİM / ARXİV