adalet.az header logo
  • Bakı 19°C
15 Avqust 2014 12:32
12272
KRİMİNAL
A- A+

Güllələnən şəxs Səttar Mehbalıyevin qohumu deyil - Rəsmi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Bakıda güllələnən Samir Fazil oğlu Mehbalıyevin qurumun sədri Səttar Mehbalıyevin qohumu olması barədə mətbuatda yayılan informasiyalara aydınlıq gətirib.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov APA-ya bildirib ki, həmin şəxsin AHİK sədri, millət vəkili Səttar Mehbalıyevlə heç bir qohumluq əlaqəsi yoxdur və bu barədə yayılan informasiyalar yanlışdır: "Sadəcə olaraq soyad eynidir”.

Qeyd edək ki, ötən gecə paytaxtın Səbail rayonunda Bakı şəhər sakini, 31 yaşlı Samir Fazil oğlu Mehbalıyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Belindən güllə yarası alan S. Mehbalıyev Klinik Tibbi Mərkəzə yerləşdirilib.