adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BiR ŞƏNBƏNiN ACISI

13332 | 2007-08-04 10:50
Adi bir şənbə səhərinin erkən saatlarında evimizdə qəfil telefon zəngi çalındı. Hacı Mireyyub idi. Elə bir bunu dedi ki, dünən axşam bəstəkar Emin Sabitoğlu vəfat edib. Mərhumu Fəxri Xiyabanda torpağa tapşıracaqlar. Vida mərasimi Mahnı Teatrında olacaq. Bu xəbərdən çox sarsıldım, yaman pərişan oldum. Onun Bakıya gələcəyindən xəbərim vardı. Bunu hələ bir ay əvvəl İstanbulda görüşərkən mənə demişdi. Bakıda növbəti birgə layihəmiz üzərində işləyəcəkdik. Emin müəllim fərqli bir musiqi albomu hazırlamaq istəyirdi. Bu mahnıların hamısını Xədicə xanım ifa edəcəkdi. Fəqət, əcəl onun bütün düşündüklərinin üstündən bir qələmlə xətt çəkdi, keçilməz sədd yaratdı aramızda. Ölüm xəbərsiz və vaxtsız döymüşdü onun qapısını.
   
   Dünyadan qəfil köçən dəyərli Emin Sabitoğluyla müxtəlif vaxtlarda olan görüşlərimi, söhbətlərimi bir-bir yada salmağa çalışırdım. Yadıma düşəni də oldu, düşməyəni də. Onun mahnıları dilimi, dodağımı əsir etmişdi. Bu mahnılar qoymurdu ki, başqa şeylər barədə düşünəm.

TƏQVİM / ARXİV