adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Avqust 2014 16:36
15741
ƏDƏBİYYAT
A- A+

“Səhhətim imkan vermir, amma ara-sıra yazıram”

Qocaman şair Azərbaycan poeziyasının "sonuncu mogikan"larından biri MusaYaquba ötən günlərdə keçirdiyimiz sorğu ilə bağlı müraciət edəndə səhhətində ciddi problemlər olduğunu dedi. İsmayıllıda, Buynuz kəndində yerləşən evində dincəldiyini bildirib sualımızı cavablandırdı.

Adalet.az saytı səhhətindən gileylənən şair Musa Yaqubla kiçik söhbət aparıb. Həmin söhbəti sizə təqdim edirik. 

- Salam şair, necəsiniz?
- Sağ olun, babatam.

-Səhhətiniz necədir? Hər hansı ciddi narahatçılıq yaradan problem yoxdurki?
-Bu yaşda problemlərin sayı-hesabı olmur ki... (gülür). Daha çox böyrəklərim məni incidir.

- Hazırda harda müalicə olunursunuz?
- İsmayıllı rayonunun Buynuz kəndində.

- Bakıdan ötrü darıxmırsınızki?
- Əksinə. Bakının tozlu-torpaqlı havasındansa, kəndin təmiz havasını udmaq mənə daha çox fayda verir. Sağ olsun uşaqlar da, mənə yaxşı qulluq edirlər.

- Bəs dostlarınız üçün darıxırsınız?
-Artıq bir aydan çoxdur ki, burdayam, amma hiss etmirəm ki, dostlardan ayrıyam. Sağ olsunlar, özümü tək hiss etməyə imkan vermirlər.

-Yaradıcılıqla məşğul olmağa zaman tapırsınız?
-Səhhətim imkan vermir, amma ara-sıra yazıram.