adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Avqust 2014 14:56
12012
İDMAN
A- A+

Əsgər Abdullayevə uğurlar

Nəhayət ki, "Araz” Naxçıvan klubu yüksək liqada oynamağa vəsiqə qazandı.

Həqiqətən Naxçıvan kimi inkişaf etmiş Muxtar Respublikanın Azərbaycan futbolundan kənarda qalması heç də xoş deyildi.

"Ədalət” qəzeti bu məsələni gündəmə gətirmişdi. Təcrübəli məşqçi Ə.Abdullayev bu missiyanı öz üzərinə götürdü və Naxçıvan Futbol Məktəbini bərpa elədi, "Araz”-ı yüksək liqaya daşıdı. İlk oyunda flaqman sayılan Neftçini 3:0 məğlub etdi.

Ə.Abdullayevi təbrik edirik, ona məşqiçilik fəaliyyətində uğurlar arzu edirik. O gün olsun "Araz”-ın səsi Avropadan gəlsin.