adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Avqust 2014 11:53
14097
HADİSƏ
A- A+

Sərxoş sürücü dəhşətli qəza törətdi - 3 nəfər öldü

"Chevrolet Niva" markalı avtomobil ağaca çırpılıb

Ağcabədi rayonunda üç nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində "Chevrolet” markalı minik maşını ağaca çırpılıb, nəticədə Ağcabədi rayon Qaradolaq kənd sakinləri Əliyev Mahir Cəmil oğlu, Muradov Nizami Məhəmməd oğlu və hələlik adı açıqlanmayan daha bir nəfər ölüb, Quliyev Əhəd Mehman oğlu isə ağır xəsarətlər alıb.

Xəsarət alan şəxs Bakı xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

*****


Ağcabədi rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Adalet.az-a verilən məlumata görə, avqustun 11-də axşam saatlarında Ağcabədi-Milstroy yolunda "Chevrolet Niva" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxıb. Avtomobil gəldiyi sürətlə ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü və 2 sərnişin hadisə yerindəcə keçinib.

Bildirilir ki, avtomobilin sürücüsü hadisə vaxtı sərxoş vəziyyətdə olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.