adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Avqust 2014 17:50
7858
MƏMLƏKƏT
A- A+

700 bal toplayanların 5-i qızıl medal alıb

Bakı Türk liseyinin məzunları qızıl medala görə birinci yerdədir  Təhsil naziri Mikayıl Cabbarov "Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub. Qeyd edək ki, məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası” əsasında həyata keçirilib. Qızıl medal alan məzunların sayına gəldikdə isə əsasən litseyləri bitirən şagirdlər üstünlük təşkil edir. Əmrə əsasən 176 şagird qızıl medalla təltif olunub. Onlardan 27-si Bakı şəhər məktəblərinin, 26-sı Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin, 18-i Şəki, 14-ü isə Naxçıvan Muxtar Respublikasının məktəbliləridir. 25 şagird isə gümüş medalla təltif olunub.  Qeyd edək ki, 700 bal toplayan abituriyentlərin 9-dan 5-i qızıl medala layiq görülüb.