deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Bakı gözəlləşir, "Bakı" viran qalır Adalet.az | Bakı gözəlləşir, "Bakı" viran qalır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bakı gözəlləşir, "Bakı" viran qalır

Xarici ölkələrdən birinin Azərbaycandakı səfirliyinə oxşayan klubumuz hansıdı?

13640    |   2014-08-09 02:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün axşamüstü hakimlərimiz sükutu pozacaq. Onların çaldığı fitdən sonra premyer-liqamızda yeni mövsümə start veriləcək. Düzdü, Dünya Çempionatı keçirilən ildə Azərbaycanda oynanılan futbola köklənmək asan məsələ deyil. Premyer-liqamızın içində və ətrafında oynanılan müxtəlif oyunlar, azarkeşlərin həyəcanı, səs-küyü üçün qəribsəyən stadionlarımız daxili çempionatımıza tam diqqət ayırmağa imkan vermir. Amma və lakin nə etməli, olanımız budur, babalarımız demişkən, varını verən utanmaz.
İşin tərsliyindən yeni mövsüm kədərli not üzərində başlayır. Azərbaycan futbolunun əfsanələrindən biri Ələkbər Məmmədov bu günlərdə vəfat etdi. Vaxtilə İtaliya "Milan"ının qapısına 4 top vuran adlı-sanlı futbolçunun meyiti bir neçə gün sonra yaşadığı mənzildə aşkarlandı.
Mövsümün ilk turundakı oyunlar bu əfsanə ismin xatirəsinin anılması ilə başlayacaq.
Ələnib-ələnib 10 komanda qalan premyer-liqa iştirakçıları da növbəti çempionata fərqli-fərqli ovqatda gəlirlər. Ötən mövsüm çempionluğu bayram edən Ağdamın "Qarabağ"ı yenə Avropada bizi təmsil və təbliğ edir. Avroliqanın "pley-off" mərhələsinə vəsiqə qazanan Qurban Qurbanovun döyüşçüləri sona qədər vuruşmağı bacarır. Rəqib klublar bütün günü Braziliyadan gələn ağdamlı futbolçulardan danışır. "Qarabağ"ın heyəti bir qədər də geniş olsaydı...
Belə baxanda "Neftçi"nin də işləri pis getmir, Böyükağa Hacıyevin başçılıq etdiyi klub ikinci dəfə Avroliqanın "pley-off"undadı. İki zəif komandanı güc-bəla ilə üstələyən "Neftçi"yə bu heyətlə həm Avroliqada, həm də bizim çempionatda mübarizə aparmaq çətin olacaq.
Hələ mən klubun keçirdiyi maliyyə sıxıntısını demirəm. Dövlət Neft Şirkəti diqqəti bir balaca azaldan kimi özünə "Xalq komandası" titulunu verən "Neftçi"də pul-para sarıdan çətinlik yaşandı. Əli aşağı olan futbolçunun ayağından güclü zərbə gözləmək olarmı? Bir yandan da Tahir Süleymanov məsələsi... Vitse-prezident hər səhər postundan istefa verir, günorta klub prezidenti onun ərizəsinə qol çəkir, axşam da Tahir Süleymanov heç nə olmamış kimi görəvini davam etdirir.
Yeni mövsüm ərəfəsində "Bakı"da vəziyyət ağırdı. Yox, deyəsən xeyli yumşaq alındı, qoy pozub başqa söz yazım. "Bakı"da durum lap uruscadı. Gedən gedib, klubda qalan futbolçular da qəpiyə güllə atırlar. Bizim ən adlı-sanlı, söz-söhbəti Biləcəridən o tərəfə çoxdan yayılan klublarımızdan birinə əməlli-başlı göz dəydi. Nəticə heç ürəkaçan deyil, Bakı gözəlləşir, "Bakı" viran qalır.
"İnter" də premyer-liqada paytaxtımızı təmsil edir. Amma və lakin klubda o qədər legioner oyunçu var ki, "İnter" futbol komandasından daha çox hansısa xarici ölkənin Azərbaycandakı səfirliyinə oxşayır. Bizim çempionatla uzaqdan-yaxından maraqlananlar "Simurq"u "İnter"in balaca qardaşı sayır. Böyük şairimiz Ramiz Rövşən yazır ki, kimin əlinin kimin cibindən çıxmasını görmək üçün dünya qəfil işıqlanmalıdı. İndi durum elədi ki, paytaxt "İnter"ilə Zaqatala "Simurq"unun eyni cibdən maliyyələşdiyini görmək üçün dünyanın qəfil işıqlanmasını gözləməyə ehtiyac yoxdu. Nəhəng söz ustadı, bağışla.
Premyer-liqanın iştirakçısı kimi "Qəbələ"dən də yazmalıyam. Yeni mövsüm qəbələlilər üçün asan olmayacaq. İddiası artan klubda həddindən çox dəyişiklik edildiyindən "Qəbələ"yə vaxt hava və su kimi lazımdı, vaxtı isə heç kim vermir. Elə "Xəzər Lənkəran" da bu gün startı verilən çempionata dəyişikliklərə başlayır. Son iki mövsümdə geri gedən gəmini yeni təyin olunan baş məşqçi Oğuz Çətin irəli aparmalıdı. Çətin çiyinlərini çətin işin altına verdiyinin fərqində olmalıdı.
"Araz-Naxçıvan" premyer-liqada debüt edəcək. Naxçıvanı təmsil edən klubun çempionatımızda iştirakı futbolumuza rəng qatacaq, bu, şübhəsizdi. Rəqib futbolçulara, hakimlərimizə Naxçıvanda meydana çıxmaq asan olmayacaq. Ariflər nə demək istədiyimi anladılar yəqin...
"AZAL" Şüvəlandan uçuşa başlamalıdı. Klub elə ilk turdan sürpriz etmək istəyir. Birinci oyunda stadiona giriş üçün nə az, nə azacıq 3 manat ödəmək lazım gələcək. "AZAL" həqiqətən də futbola yox, uçağa bilet satır. "Sumqayıt" klubunda bütün işlər AFFA-dan asıldı. Futbol qurumu "Sumqayıt"ı şefliyə götürüb. Bizim futbola belə də olur...
Çətini hakimlər fiti səsləndirənə kimidi. Premyer-liqamızda hələ çox oyunlara baxacağıq.

Etibar Cəbrayıloğlu


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK