adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

İGİD AZƏR

MƏMMƏD DƏMİRÇİOĞLU
28688 | 2014-08-09 01:23
Bu gün xalqımıza igid oğullar, mərd döyüşçülər gərək olduğu bir zamanda, televiziyalarımızdan tez-tez qaçqınlarımızı, köçkünlüyümüzü, saç yolan analarımızı, ağlaşma quran kişilərimizi, paran-parça olunmuş meyitləri, Xocalı və digər faciələrimizi, qanına qəltan olunmuş körpələrimizi dönö-dönə göstərməklə nəyə nail olmaq istəyir bu ideyalogiya? Xəbəriniz varmı, bu görüntülər gənclərdə, yeniyetmələrdə, gələcək Vətən əsgəri deyib böyütdüyümüz körpələrdə bir erməni xofu yaradır?
Zaman-zaman düşdüyümüz məhrumiyyətlər, köləlik psixologiyası, bir qarın çörək üçün yaltaqlanmaq, əyilmək məcburiyyətimiz bizi, mənəviyyatsızlıq və şərəfsizlik durumuna gətirib çıxarır, özümüzün kim olduğumuzu, hansı dəyərlər üstündə bərqərar olduğumuzu unutdurur.
Bu yaxınlarda özünü məğlubedilməz sayan ermənilər yenə sərhədlərimiz boyunca atəşkəsi pozmuşlar. İtkilərimizin olmasına baxmayaraq, tam əminik ki, bu dəfə ermənilər və onların havadarları Azərbaycan ordusunun nəyə qadir olduğunun şahidi olmağa başlayırlar. Məndə tam əminlik yaranıb ki, tezliklə torpaqlarımız işğaldan tam azad olacaq, Qarabağ nisgilimizə son qoyulacaqdı.
Bu sayımızda İncə dərəsinin igid oğlu, erməni qonşularımıza Türkün kim olduğunu dəfələrlə sübut etmiş igid Azərin mənzərəsini təqdim edirik.
Haqqında söz açacağımız Azər Kazımov (igid Azər) İncə dərəsindəndir. İncə dərəsi (Aslan Bəyli, Qaymaqlı, Kəmərli bu üç kəndə İncə dərəsi deyirlər) Çəpər qonşuları olan xain ermənilərə zaman-zaman divan tutmuş, gözlərinin odunu almış, analarını ağlar qoymuş, və qapılarında qul kimi işlətmişlər. Deyilənə görə uzun Allahverən beş açılanını yağlayıb yoxlayanda bir ermənini nişan alıb cəhənnəmə vasil edərmiş. Hələ uşaq ikən atamın danışdığı bir əhvalat yadıma düşdü: "Məhəmməd baban ilə (el arasında onu Qaraxozu təxəllüsü ilə tanıyardılar) Ova getmişdik. Çox mahir ovçu idi Məhəmməd baban - deyib, atan Qaraxozunun igidliklərindən mənə xeyli danışmışdı. (Ağ saçlı, qara bənizli, zəhmi bağır yaran Məhəmməd baba ilə elə özümdə dost idim, mənə barıt, saçma, piston verərdi. Babamın ov tüfəngi ilə elə mən də ovçuluq edərdim) Məhəmmdə babanla cüyür ovuna çıxmışdıq. Battaqlı bulağa çatanda mənə xeyli məsləhət verib dağın özündən bu üzünə sürək etməyimi tapşırdı, özü isə dərədə dayanıb ovu gözlədi. Bir az keçməmiş qulağıma güllə səsi gəldi. Vurdu! - deyib səs gələn tərəfə getdim. Gördüyüm mənzərə tük ürpədici idi. Bir yekəpər erməni üzü üstə yıxılıb çabalayırdı. Məni görən Məhəmməd baban: - bu da bizim ovumuz - deyib oradan tez uzaqlaşmağımızı əmr etdi".
"Oğul, erməni nə dığadır ki", - deyib bizdə elə bir fikir formalaşdırmışdılar ki, ermənini ən aciz, ən misgin məxluqat kimi tanıyırdı İncəlilər. Elə bu elan olunmamış müharibədə də İncəlilər erməni azğınlarına az dağ çəkməyiblər.
1990-cı illərin əvvələrində, artıq qaçhaqaç, köçhaköç zamanında quduz ermənilər İncə dərəsini də tez-tez güllə-boran edir, top, qrat qurğularından aramsız atəşələr açıb, İncəni yerindən oynatmaq istəyirdilər. Bu məlum həqiqət idi ki, İncə dərəsini yerindən çıxara bilsəydilər, artıq Gəncəbasarı, əsas magistral yolu ələ keçirəcəklər. Lakin bu onlara qismət olmadı. Bir gün ərzində o üç kəndə, 300-dən artıq top və qrat mərimləri atdılar. Bir neçə ev dağıldı. Kənd ağ saqqaları, igidləri belə qərar vermişdilər ki, kənddən çıxan hər kəsi özümüz güllələyəcəyik. Adamlar evlərinin yanında dərin mağaralar qazıb qızğın atışma zamanı orada sığındılar. Beləliklə, İncə dərəsinə bata bilmədi kafirlər. Çünki o dərənin Villisi (Vilayət), Azəri, topçu Babası, Vaqanı (Vaqif), Məzahiri, İbrahimi, Sabiri, Rəşidi, Etibarı... saymaqla qurtarmayan igidləri var idi. Bu igidlərin hər biri haqda ayrıca dastan yazmaq olar. Bu gün mənzərəsini cızmaq istədiyim isə igid Azərdir.
Kazımov Azər çörəkçi oğlu Məhəmmədin nəvəsi, Abdulla kişinin oğludur. Babası Məhəmməd kişi kəndimizin ən mötəbər, ən güclü, biləhli pəhlivan kişilərindən olub. Mahir sınıqçı idi. Hər yandan qolu, qıçı, hətta beli sinanlar onun əlindən şəfa tapardilar. Bu möhtəşəm kişinin xeyirxahlığından balaca bir rəvayət söyləyim: Bir gün görürlər ki, Məhəmməd kişi ortalıqda sarmısaq satır. Soruşurlar: - Ay Məhəmməd baba, sarmısaq neçiyədi? Qiyməti 50 qəpikdi, bala, - deyir. Alan adam təəccüblə soruşur: - Ay Məhəmməd baba, hər yerdə, elə Qazaxda da sarmısaq 1 manatadır. Sən niyə belə ucuz satırsan? Deyir: - A bala, Qazax uzaqdı, kəndimiz də dəmyədi. Hamı gedib ala bilmir, camaat da çox kasıbdı. 1 manata gücləri çatmır. Ona görə yolum düşəndə Qazaxdan 1 manata alıb, gətirib kənddə ucuz satıram ki, camaat ala bilsin.
Azərin əsli, nəsli, kökü, zatı var. Müharibə başlayan gündən silaha sarılıb kafirlərə qan uddurub. El arasında söhbər gəzirdi ki, Azərin adı gələndə erməni haxcıqları uşaq salırmış. Kafirlər onun ya ölüsünü, ya dirisini gətirənlərə küllü miqdarda pul ayırıblarmış. Əsasən kəşfiyatçı olan Azərin və onun dəstəsinin igidliyi artıq dillərdə dastan olub.
Bir epizodu da qeyd edim: Eloğlularımız Aydın və Ədilxan şəhid olanda Azər qana qan deyib bir neçə erməni postunu darmadağın etmiş, xeyli silah-sursat və bir meyit gətirmişdi. Ədilxanın anası Lilpar xanım söyləyir: - Azər gəlib mənə təskinlik verdi, Ədilxanın qanını qoymadım yerdə qalsın, - deyib cibindən bir cüt erməni qulağı çıxarıb ayaqlarımın altına tulladı.
Ermənilərlə çəpər qonşusu olduğuna görə tez-tez kənd sakinlərini, çobanları, uşaqları girov götürən ermənilərin sevinci az sürürdü. Azər hər girov kəndçisinin əvəzinə iki erməni dığası tutub gətirirdi...
Hörmətli oxucular, igid Azər haqqında irihəcimli əsərlər yazmaq olar. Mən onun sadəcə mənzərəsini xırdaca ştrixlərlə vermək istədim. Azər Kazımov 1992-ci ildən 2000-ci ilə qədər səngərlərdə, ağır döyüşlərdə, kəşfiyyat işlərində yağı düşmənlərə qan uddurub, dağ çəkib. Hal -hazırda Qaymaqlı kəndində yaşayır. Çox təəssüf ki, dövlət tərəfindən igidliyi layiqincə qiymətini almayıb. Ancaq el-obası onu gözü üstündə tutur. Adına aşıq Sadığ Avdı oğlu dastan bağlayıb. Şair Ələddin İncəli və bir neçə şairlər ona şeirlə həsr etmişlər. Onlardan iki nümunə ilə sizləri tanış edib sağollaşıram sizlərlə əziz oxucular.

AZƏRİM

(müxəmməs )

Aşıq Sadıq Avdı oğlu

Qaymaqlının igid oğlu,
Yağıları qır, Azərim!
Torpağına göz dikənin,
Lap gözündən vur, Azərim!
Namus, qeyrət, ar vaxtıdır,
Koroğlu ək dur, Azərim!
Qarı düşman ayaq alar,
Göstərməsən zor, Azərim
Dığalara sitəm eylə,
Özün divan qur, Azərim

Qoy var olsub yoldaşların,
Şir tək girərlər meydana,
Arxanda dağ tək dayanıb,
Durarlar mərdi, mərdana.
Atan Abdulla fəxr edib,
Şükr eyləyir yaradana
Döşündən şir südü verib,
Anan Günəş, rəhmət ona,
Tutduğun yol haq yoludu,
Lənət şər ilə böhtana.
Qurtarsın qadalar, qanlar
Gözəl dövran sür, Azərim.

Neçə cavan şəhidlərin,
Çox alıbsan qanını sən,
Mənəm deyən kafirlərin,
Yerdə qoydun yanını sən.
Şimşək olub şaqqıldadım,
Oda atdın canını sən,
Verdin xalqa hər gününü,
Keçən hər bir anını sən,
Yurdumuza göz dikənlər
Qoy olsunlar kor, Azərim

Mən baxdıqca məzarlığa,
Bədənimdə donur qanım,
Nahaq yerdən hayıf oldu,
Müşfiq kimi qəhrəmanın.
Hanı Sovet, hanı Əhməd,
Mədəd kimi növcavanın
El yolunda qurban getdi,
Aydın balam, Ədilxanım
Arzusu qəlbində qaldı,
Cavan Göycəm,gənc Elxanım.
Telli sazım qan ağladı,
Yasa döndü toy-nişanın
Xalqı bu günə qoyanı,
Götürməsin gor, Azərim.

Yaradandan arzum budur,
Qoy versin imkan yaxından.
Mərd oğullar sayəsində,
Məhv olsun düşman yaxından.
Çılpaq dağda, Battaqlıda,
Kəsilsin qurban yaxından.
Gəl desin Göy dağ, Armudlu,
Birdə Çayqoşan yaxından .
Çınqıllıda, Dəlidağda
Eyləyim dövran yaxından,
Məndə sizdən söhbət açım,
Öz gözünl gör, Azərim.

Tərifini ellər verib,
Mən də yazdım bu dastanı.
Mərd igidlər qoy çox olsun,
Bürüsün Azərbaycanı.
Eşidəndə nərənizi,
Lərzəyə salsın düşmanı.
Aşıq Sadıq öz ellindir,
Tanıyırsan söz qoşanı.
Hərdən bu qəmgin əmiyin,
Əhvalını sor, Azərin.


Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV