adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Avqust 2014 16:31
12656
ŞOU-BİZNES
A- A+

Qadınlar uşaqlara qarşı daha zalım olurmuşlar

Qadınlar uşaqlara qarşı daha əsəbi, zalım olurmuşlar. Adalet.az xəbər verir ki, belə bir nəticəyə ABŞ alimləri bir neçə illik araşdırmalardan sonra gəliblər. Alimlər iddia edirlər ki, azyaşlılar qadınları daha çox qıcıqlandırırlar. Buna görə də qadınlar kişilərlə müqayisədə uşaqları daha çox döyürlər. Üstəlik qadınlar özgə uşaqlara heç dözə bilmirmişlər.

Araşdırma zamanı kafe və restoranlarda səs-küy salan uşaqlara acıqlanmaqla bağlı sorğu da keçirilib. Məlum olub ki, uşaqları danlayan 10 nəfərdən 9-u qadınlar olub. Bir sözlə, kişilər nadinc uşaqlara qarşı daha səbirli olurlar.

ABŞ alimləri az qala bütün xalqların nağıllarında olan zalım ögey ana obrazının üstünlük təşkil etdiyini də qadınların özgə uşaqlara qarşı dözümsüzlüyü ilə izah edirlər.    

Alman alimi Qrammerin də araşdırması onun ABŞ həmkarlarının fikirləri ilə üst-üstə düşür. Belə ki, alimin nikah bağlayan 2363 cütlük arasında keçirdiyi sorğunun nəticələrinə görə 60% kişi evlənmək istədiyi qadının uşaqlı olmasına etiraz etməyib, 34% qadın isə kişinin uşaqsız olmasına, ya da övladını keçmiş arvadının yanında qoymasına üstünlük verib.