adalet.az header logo
  • Bakı 17°C

MiLLƏTƏ

OQTAY SALAMOV
13965 | 2007-07-27 02:57
Dünən qəzetimizin ad günü idi. Ad günün səhəri adam əzgin olur axı. Zülümlə zulumun fərqini bilirsiniz dəə, axşam vurursan - zülümdü, səhər durursan - zulumdu. Elə bu zulumla yerimdən durmaq istəyirdim ki, televizorda Tarif Şurasının kommunal sektorda tariflərin səviyyəsini öyrəndiyini eşitdim. Huşumu-zadımı itirmədim, "prosto", zulumun üstünə zulum gəldi və növbəti həriflənməyimizə bir salavat çevirdim.
   
   Adamı ələ salan, gözü görə-görə başına torba salan, corab hörən odur ki, guya kommunal sektorda qiymətlərin qaldırılması bu sahədə xidmətin keyfiyyətinin artmasına imkan verə bilər. Hansı xidmətin? Yoxdur belə xidmət! Olmayan şeyin harasını qaldırmaq istəyirsiniz? İstənilən MİS rəisi adamın yaxasından tutub (belələri var, biri həyətdə qarpız satan qonşuya kəllə atırdı, tutmadı) tabel göstərər, imza göstərər, zibil maşınını göstərər və adama deyər ki, şər atırsan, xidmət var, olmasa zibilin içərisində itərsiniz. Boş söhbətdi. Lifti də sakinlər təmir etdirir, mexanikin də pulunu verir, üstəlik qiymətinin az olduğunu gözümüzə soxduğunuz adambaşı 20 qəpiyi sizin büdcəyə keçiririk. Bizim 8 blokluq binamızda bircə blok deyə bilməz ki,

TƏQVİM / ARXİV