adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Avqust 2014 13:52
48116
MƏDƏNİYYƏT
A- A+

Akif İslamzadə 66 yaşında

Akif İslamzadə bu gün 66 yaşını qeyd edir .

Bu gün Akif İslamzadənin doğum günüdür. O kiçik dövr ərzində səhnədə olsa belə, öz əvəzolunmaz səsi ilə Azərbaycan estradasının parlaq səhifələrindəın birini təşkil edir. Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından "SarI gəlin", "Gəl bizim dağlara" və "Bu gecə" xüsusilə diqqətləri cəlb edib. Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün böyük itki hesab olunur. Lakin onun səsi, unudulmaz ifaları tarixə əbədi həkk olunub

Adalət.az kollektivi olaraq sənətkarımızı təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik