BiR iL VƏ BiR

ƏBÜLFƏT MƏDƏTOĞLU
26459 | 2007-07-27 02:57
Düz 17 il bundan öncə, iyulun 26-da dünyaya bir "Ədalət" qəzeti gəlib. Və bu 17 ilin içərisində, yalan olmasın, 17 min, bəlkə də 117 min problemlər çözülüb, sözlər danışılıb, yazılar yazılıb, fikir mübadiləsi olub. Təbii ki, bunların bəzən elələri də olub ki, biz onları qəzet səhifəsinə çıxarmamışıq. Necə deyərlər, bu mövzular süfrə söhbətləri olmayıb. Elə öz içimizdə danışıb, öz içimizdə münasibətləri bildirib, mövqeləri aydın etmişik. Bax, elə bu təmkin də "Ədalət"in 17 yaşına gəlib çatmasında başlıca səbəblərdən biri olub. Üstəgəl də kollektivin dəyanəti, dözümü, bərkdən-boşdan çəkinməməsi və qəzetin rəhbərliyinin nüfuzu, bacarığı.
   
   Bütün bunlar 17 ildə baş verib və hər il də "Ədalət"çilər öz ad günlərini ölkənin müxtəlif bölgələrində, müxtəlif şəraitlərdə, müxtəlif məclislərdə qeyd ediblər. Və əsasən də bütün kollektiv bu məclislərdə ürək açıqlığı ilə iştirak edib. Tək-tək hallarda, üzrlü səbəblərdən məclisə qatılmayan olanda isə, necə deyərlər, "könüldən-könülə" yollar görünüb. Oxucu fikirləşə bilər ki, bütün bunların onlara nə dəxli var? Əgər azacıq səbrinizə tənəffüs versəniz və yaxud da əsəblərinizin tarıma çəkilməsinə meyl göstərməsəniz, onda mənim dediklərimin sizə də dəxli olduğunu hiss edəcəksiniz...
   
   

TƏQVİM / ARXİV