BU DA 17 YAŞ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
30163 | 2007-07-26 00:11
Hə, zarafat, zarafat gəlib çıxdıq 17 yaşa. İzah eləməyə ehtiyac yoxdur. 17 yaşın nə olduğunu hamı bilir. Bu, şəxsiyyət vəsiqəsi almaq, sərbəst olmaq, müstəqil yaşamaq, hətta qız götürüb qaçmaq yaşıdı. Necə deyərlər, həddi-buluq məsələsidi. Amma bu, "Ədalət" üçün özünütəsdiq yaşı deyil. Çünki "Ədalət" düz 17 il bundan əvəvl elə 1-ci nömrəsindən özünü təsdiq edib. Müstəqil hüquq qəzeti kimi hər bir oxucu ailəsinə, evinə ərknən, qapını döymədən daxil olub və hər kəsin də imkanı daxilində hayına yetib, dadına çatıb. Necə deyərlər, olub bir XALQ QƏZETİ...
   
   O günləri göz önünə gətirəndə sevinməli, öyünməli o qədər məqamlar xatırlanır ki, bilmirsən heç hansından başlayasan. Ən çox da adama təsir edən oxucu inamıdı. Təsəvvür edin, ilk müstəqil qəzetlərdən biri olan "Ədalət"in poçtuna hər gün onlarla məktub daxil olur, onlarla telefon zəngləri, şikayətçi təklifləri üz tuturdu. Biz minnətdarlıq dolu sözlərin ləzzətində "Ədalət"i daha böyük ümidlərlə, daha böyük sevgilərlə araya - ərsəyə gətirirdik.

TƏQVİM / ARXİV