Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BU DA 17 YAŞ... Adalet.az | BU DA 17 YAŞ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BU DA 17 YAŞ...

22553    |   2007-07-26 00:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hə, zarafat, zarafat gəlib çıxdıq 17 yaşa. İzah eləməyə ehtiyac yoxdur. 17 yaşın nə olduğunu hamı bilir. Bu, şəxsiyyət vəsiqəsi almaq, sərbəst olmaq, müstəqil yaşamaq, hətta qız götürüb qaçmaq yaşıdı. Necə deyərlər, həddi-buluq məsələsidi. Amma bu, "Ədalət" üçün özünütəsdiq yaşı deyil. Çünki "Ədalət" düz 17 il bundan əvəvl elə 1-ci nömrəsindən özünü təsdiq edib. Müstəqil hüquq qəzeti kimi hər bir oxucu ailəsinə, evinə ərknən, qapını döymədən daxil olub və hər kəsin də imkanı daxilində hayına yetib, dadına çatıb. Necə deyərlər, olub bir XALQ QƏZETİ...
   
   O günləri göz önünə gətirəndə sevinməli, öyünməli o qədər məqamlar xatırlanır ki, bilmirsən heç hansından başlayasan. Ən çox da adama təsir edən oxucu inamıdı. Təsəvvür edin, ilk müstəqil qəzetlərdən biri olan "Ədalət"in poçtuna hər gün onlarla məktub daxil olur, onlarla telefon zəngləri, şikayətçi təklifləri üz tuturdu. Biz minnətdarlıq dolu sözlərin ləzzətində "Ədalət"i daha böyük ümidlərlə, daha böyük sevgilərlə araya - ərsəyə gətirirdik. örürdük ki, oxucu "Ədalət"i gözləyir, oxucu "Ədalət"i axtarır, oxucu "Ədalət"ə inanır. Və biz də bu yollarda qalan gözlərə bu işıq saçan inamın və bir də bu tükənməz axtarışın cavabı olaraq yorulmadan, dincəlmədən, usanmadan sonsuz və tükənməz sevgilərlə oxucumuzun qulluğunda durur, onunla baş-başa qalır, onunla həmdərd olur, onunla birlikdə ədalət axtarırdıq. Və hər kəsi inandırmağa çalışırdıq ki, QANUN ŞAHDI!
   
   Bu gün də biz həmin o istəklərlə, həmin o arzularla, həmin o sevgilərlə, həmin o ləyaqətlə, həmin o dözümlə, həmin o ümidlə, həmin o böyük ürəklə, həmin o oxucuya sirdaş olmaq niyyəti ilə, bir sözlə, həmin o "Ədalət" olaraq yenə də, necə deyərlər, sükan arxasındayıq, yenə də oxucularımızın, dövlətimizin, qanunlarımızın yanındayıq. Və bu gün də birmənalı olaraq, bir "Ədalət" olaraq bilirik ki, müstəqil Azərbaycanda haqqı yazan, haqqı deyən, haqqa xidmət edən qəzetlər, jurnalistlər, söz adamları var, "Ədalət" də onların sırasındadı. Bizim "Ədalət", daha doğrusu, sizin "Ədalət" xalqının, dövlətinin yanındadı! Haqqı tapdalananın, ümidi tükənənin, sözünü deməyə yer tapmayanın yanındadı! Şuşaya bayraq sancmağa hazır olanın yanındadı!
   
   Biz 17 yaşa gəlib çatdıq. Sizlərə də ürəyiniz istədiyi qədər ömür arzu edirik. Tanrı sizləri qorusun dəyərli oxucularımız. Tanrı sizlərlə bizlərin arasındakı "Ədalət"ə kömək olsun və hər birimizin axtardığı ƏDALƏTİ tapmaqda, onu qorumaqda yardımçımız olsun!
   
   
   
   TANRI DÖVLƏTİMİZİ, MİLLƏTİMİZİ QORUSUN!
   
   
   
   TANRI TÜRKÜ QORUSUN!
   
   
   
   TANRI BİZLƏRƏ "ƏDALƏT"İ ŞUŞADA OXUMAĞI QİSMƏT ETSİN ə
   
   
   
   ***
   
   
   
   
   
   Biz özümüz
   
   öz haqqımızda danışırıq
   
   
   
   Baş redaktorun birinci müavini Nazim Ağamirov:
   
   
   
   - 17 yaşlı "Ədalət"ə 17 yaşın təravətini, həyatsevərliyini, saflığını, sevgisini, çılğınlığını, ötkəmliyini, coşub-daşan istəklərini, məkrsizliyini, riyasızlığını sonrakı 170 ildə də yaşatmasını arzu edərdim.
   
   
   
   ***
   
   
   
   Baş redaktorun müavini Əbülfət Mədətoğlu:
   
   
   
   - "Ədalət" bir məktəb oldu. Bu məktəbi artıq 17 nəfər jurnalist qəzet redaktoru kimi genişləndirir. Və bir də "Ədalət" Azərbaycan oxucusuna qəzeti birinci səhifədən oxumağı öyrətdi. Hər kəs bildi ki, Bakının yolu Bayıldan başlayır. Və hər kəs də təkcə işlədiyi vəzifənin maaşını almır.
   
   
   
   ***
   
   İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Babək Yusifoğlu:
   
   
   
   - Arzu edirəm ki, "Ədalət"in nəinki 17 yaşını, 27, 37, 107 yaşını qeyd edək. Bu ildən hökumət bayramlarımızın sayını artırıb. Mən istərdim ki, hökumət bayramların sırasına "Ədalət" qəzetinin ad gününü də daxil etsin. Hamı 26 iyul da - "Ədalət"in yubileyində istirahət eləsin. 17 yaşın mübarək, bizim "ƏDALƏT"!
   
   
   
   ***
   
   
   
   Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin müdiri Faiq Qismətoğlu:
   
   
   
   - 1990-cı ilin yayıydı, elə bu vaxtlarıydı. Onda Aqil Abbas, Nazim Ağamirov, Babək Yusifoğlu, Məhəmmədəli Mustafa və mən varıydım. Biz o vaxtlar 33 yaşın içindəydik. Dizimizin üstündə "Ədalət" qəzetini buraxmışıq. İndiyə qədər də bəlkə bizim həyatımızda belə sevincli an olmamışdı. Bunu Nazim müəllim də, Babək müəllim də təsdiqləyə bilər. Həmin gün sevinirdik ki, "Ədalət" çıxdı. Çünki o dövrdə mətbu orqan çox deyildi. "Ədalət" kimi bir qəzet özünə yol tapdı və indi 17 ildir ki, yaşıyır. Çox istərdik ki, bizim bu çiynimizdə 17 il gətirdiyimiz "Ədalət"i sizlər - Şamxal, Rüstəm və Kamil qəzetin tutduğu o böyük yolu davam etdirə bilsinlər.
   
   Bu qəzeti həmişə göydə Allah, yerdə də Aqil Abbas saxlayıb. Allah onun kürəyinin arxasında dursun.
   
   
   
   ***
   
   
   
   Sosial problemlər şöbəsinin müdiri Oqtay Salamov:
   
   
   
   - 17 yaş obrazlı desək, gəncin pasport aldığı yaşdır. Bu yetkinlik yaşında əgər "Ədalət"in "şinelindən çıxanlar" qəzetə etibarlı qalsalar, bizə ölüm yoxdur. Bu şineldən çıxanlar isə demək olar ki, həm Azərbaycan mətbuatının, həm də ədliyyəsinin aparıcı simalarındandır. Devizimiz də ədalətdir!
   
   
   
   ***
   
   
   
   Bölgə müxbiri Məzahir Əhmədoğlu:
   
   
   
   - Ailəm də, dostlarım da bilir ki, mən ad günümü keçirmirəm. Ancaq doğma qəzetimizin ad gününü bütün varlığımla yaşayıram. Səhərdən gecəyədək "Ədalət"in dünənini, bu gününü və gələcəyini düşünürəm. Sanki onu bağrıma basıb canımın bir parçası kimi əzizləyirəm. Bəlkə elə mənim gələcək ad günüm də bu gündür.
   
   
   
   ***
   
   
   
   
   
   Hidayət
   
   Elvüsal:
   
   
   
   - Bir müddət yazmadım. "Səhər" və "Kriminal" qəzetlərindən sonra mən təzədən özümü "Ədalət" qəzetində tapdım.
   
   
   
   
   
   
   
   ***
   
   
   
   Millət vəkili Aqil Abbasın köməkçisi Rüstəm Hacıyev:
   
   
   
   - "Ədalət" qəzeti müstəqil mətbuatımızın ilk qaranquşlarındandır. Fəaliyyət göstərdiyi 17 il ərzində hazırda tanınmış onlarla jurnalistin sınaq meydanı, təcrübə mərkəzi olub. Bu gün də vətəndaşların hüquqi cəhətdən savadlanmasında əhəmiyyətli rol oynayır.
   
   Bir vaxtlar çalışdığım, hazırda əməkdaşlıq etdiyim "Ədalət" qəzetinin bütün üzvlərinə cansağlığı, uzun ömür, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.
   
   
   
   
   
   ***
   
   
   
   "Ədalət" qəzetinin reklam şöbəsinin müdiri Ceyhun Rüstəmov:
   
   
   
   - Fəxr edirəm ki, "Ədalət" qəzetində işləyirəm. Həyatımda qazandığım nailiyyətlərin müəyyən hissəsini 7 ildir ki, işlədiyim və mənim üçün doğma olan "Ədalət" qəzetində əldə etmişəm. Arzu edirəm ki, "Ədalət" qəzeti növbəti ad gününü Şuşada qeyd etsin, uzun ömürlü və Aqil Abbaslı olsun.
   
   Hər kəs "Ədalət"də ədalətini tapmaqla yanaşı, həyatda da ədalətini itirməsin.
   
   
   
   ***
   
   
   
   Texniki şöbənin müdiri Nizami Allahyarov:
   
   
   
   - Mən "Ədalət" qəzetində 12 ildir işləyirəm. Bu 12 il ərzində qəzetdə haqq ədalət olduğunu görmüşəm. Burada işlədiyimdən qürur duyuram.
   
   
   
   ***
   
   
   
   Türkiyə və Kipr üzrə xüsusi müxbir İqbal Aydınoğlu:
   
   
   
   - 5 ildən artıqdır ki, "Ədalət" qəzetində işləyirəm. Bu dövrdə kollektivin insani keyfiyyətləri mənə həmişə xoş gəlib. Burda yaxşı dostlar, yaxşı həmkarlar qazanmışam. Bilmişəm ki, bu adamlara, öncə isə qəzetin baş redaktoruna güvənmək olar. İstərdim ki, həmişə də belə olsun.
   
   
   
   ***
   
   
   
   
   
   Baş mühasib Tahirə Cəlilova:
   
   
   
   - Bu qəzet mənə başqalarından yüksəkdə durmağı və heç kimdən, heç nədən qorxmamağı öyrətmişdir. Redaktorumuzun adının baş hərfi əlifbada birinci olduğu kimi, qəzetimiz də nə qədər yaşayacaqsa həmişə birinci olmasını arzulayıram.
   
   
   
   ***
   
   
   
   Xəbərlər şöbəsinin müxbiri Rüstəm Ehtibaroğlu:
   
   
   
   - 6 ildən çoxdur ki, bu qəzetdə işləyirəm. İşlədiyim dövrdən indiyə qədər "Ədalət"dən və baş redaktorumuz Aqil Abbasdan bir çox şeyləri öyrənmişəm. Bu gün də sevinərək fəxr edirəm ki, mən Aqil Abbas və "Ədalət" məktəbinin üzvlərindənəm.
   
   Bu günə kimi "Ədalət"i yaşadan, 17 ildir onunla ömür sürən və özünə qəzeti üçüncü oğul sayan Aqil Abbası təbrik edir, ona uzun ömür və həmişə qəzetin başında durmasını arzu edirəm.
   
   Tanrı Aqil Abbası və "Ədalət"i qorusun!
   
   
   
   ***
   
   
   
   Xəbərlər şöbəsinin müxbiri Kamil Rzakov:
   
   
   
   - Biz cavan nəslin nümayəndəsiyik. Bu qəzetdə 17 il işləyən yazarlardan - Aqil Abbasdan, Nazim Ağamirovdan, Hidayət Elvüsaldan, Faiq Qismətoğlu və başqalarından isti münasibət görəndə istər-istəməz bundan çox sevinirik. Çünki hər bir məsləhət və yazıda hər bir düzəliş bizim daha peşəkar jurnalist kimi yetişməyimizə köməklik göstərir. Biz də "Ədalət"lə birlikdə hər gün bir az da püxtələşirik. Arzu edirəm ki, "Ədalət"in ömrü daimi olmaqla nüfuzu Azərbaycanın sərhədlərini aşıb keçsin.
   
   
   
   ***
   
   
   
   Korrektor Şamxal Şəbiyev:
   
   
   
   - "Ədalət" qəzeti mənim üçün həyat məktəbidir. Müxbir kimi fəaliyyətə başlasam da son vaxtlar korrektor peşəsində sınaqdan çıxmağım üçün şərait yaradılıb. Yeni işimdə təcrübəli iş yoldaşlarım mənə yaxından köməklik göstərirlər.
   
   Arzu edirəm ki, "Ədalət"in 50 illik yubileyində mən də təcrübəli jurnalist kimi gənclərə əlimdən gələn köməkliyi əsirgəməyim.
   
   
   
   ***
   
   
   
   Xəbərlər şöbəsinin müxbiri Rövşanə Nağıyeva:
   
   
   
   - Mən əmək fəaliyyətimə "Ədalət"dən başlamışam. Elə burada da davam etdirirəm. Özü də nə az, nə çox 1993-cü ildən bəri. Fəxr edirəm ki, həqiqətən "Ədalət" mənim ikinci evimə çevrilib.
   
   
   
   ***
   
   
   
   Dizayner Toğrul Salamlı:
   
   
   
   - Qəzetimizin 17 yaşı tamam olması münasibəti ilə başda Aqil müəllim olmaqla bütün kollektivimizi təbrik edirəm. Çox şadam ki, bu kollektivin üzvlərindən biriyəm. Uğurlar!!!
   
   
   
   ***
   
   
   
   Dizayner köməkçisi Fərid Salamlı:
   
   
   
   - 17 yaşın mübarək. Arzu edirəm ki, "Ədalət" uzun ömürlü olsun.
   
   
   
   ***
   
   
   
   Operator Mehriban Cəfərova:
   
   
   
   - 17 yaşlı bir qəzetdə 15 il işləmək özü hər şeyi deyir. Ürəklə deyə bilərəm ki, "Ədalət" mənim də qəzetimdir.
   
   
   
   ***
   
   
   
   Operator Vüsalə Babayeva:
   
   
   
   - Mən ilk dəfə "Ədalət" qəzetində işləməyə başlamışam. Bura mənim üçün ilk iş yeri olduğu üçün işə başlayanda həyəcan keçirirdim. Amma elə ilk gündən "Ədalətçi"lərin səmimiyyətini, mehribanlığını görüb onlara qaynayıb-qarışdım. İndi bunların hamısı mənim üçün doğmadır. "Ədalət" qəzeti yekdir!
   
   
   
   ***
   
   
   
   Operator Nərmin Abbasova:
   
   
   
   - "Ədalət" keçmişi və gələcəyi olan bir qəzetdir. Mən də bir bilgisayarçı kimi, əgər bu qəzetdə hər hansı bir işi görə bilmişəmsə, özümü xoşbəxt sayıram. Mən "Ədalət"in kollektivi ilə fəxr eləyirəm.
   
   
   
   ***
   
   
   
   Operator ülər İsmayılova:
   
   
   
   - Bu kollektivdə artıq 4 ildir ki, çalışıram. Fəxr edirəm ki, bu cür insanlarla çalışıram. Sağ olsunlar ki, hərdən mənim kaprizlərimə də dözürlər. Arzu edirəm ki, kollektivimiz həmişə belə mehriban və möhkəm olsun.
   
   
   
   ***
   
   
   
   Sürücü İlkin Salahov:
   
   - Eşitdiyimə görə, "Ədalət"də sürücülər tez-tez dəyişir. Arzu edirəm ki, qaynayıb-qarışdığım bu kollektivlə həmişə bir yerdə olub onların sevinclərinə qatılım. ə
   
   
   
   Biz özümüz barəsində çox ciddi təvazökarlıqla danışdıq. Yəqin ki, siz bizi bizdən yaxşı tanıyırsınız. Dediklərimizi bildiklərinizə əlavə edin və hər gün "Ədalət" oxuyun. Ölkənin və Millətin nicatı ƏDALƏTDƏDİR!!!
   
   
   
   
   
   Səhifəni təqdim etdi: Rüstəm EHTİBAROĞLU
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK