hacklink Adalet.az | DÜZƏLİB HƏR YARAĞIMIZ?.. Adalet.az | DÜZƏLİB HƏR YARAĞIMIZ?.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜZƏLİB HƏR YARAĞIMIZ?..

Günümüzün sualı: - Bundan çıxış varmı (Məmləkətin içindən)

22358    |   2007-07-25 05:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər dəfə millətimizdən, xalqımızdan söz düşəndə istər-istəməz Şamaxıda yaşayan şair dostumuz Mürvət Əzizin bir vaxtlar "Ədalət" qəzetində çap olunmuş "Bu millət Allahın möcüzəsidi" şeri yadıma düşür. Elə dünən də gündəlik qəzetlərə baxırdım, yenə Mürvət müəllim köməyimə gəldi və baxıb gördüm ki, sən demə, bu millətin o qədər böyük problemləri varmış ki, bunun hamısını yazsam bir kompüter yaddaşı bəs eləməz. Ona görə də elə dünənki qəzetlərdən əlüstü gözümə ilişənləri bir balaca saf-çürük elədim və gördüm ki...
   
   əlin etiraf edək ki, indi çox ölçülər, parametrlər kimi, geyim məsələləri də öz əndazəsindən çıxıb. Əvvəl adamın geyiminə görə yaşını, ictimai mövqeyini, hətta xarakterini də müəyyən etmək olurdu. Amma indi bunu da yaman qəlizləşdiriblər. Lap tutaq ki, şəhərin "N" saylı məktəbinin qarşısından keçirsən və məktəbin həyətindən qarşına bir dəstə deyib-gülən insanlar çıxır. Seçə bilmirsən ki, müəllim hansıdı, şagird hansıdı. Sanki bu məktəbdə geyim yarışması keçirilir, kim nəyi, necə bacarır və yaxud da nəyi varsa taxıb əyninə gəlir məktəbə. Qızların geyimi müəllimələrin geyimindən, oğlanların geyimi də müəllimlərin geyimindən o qədər fərqlidi ki, əlim qalır üzümdə. Hətta sinif otaqlarında da bu cür geyimlərlə necə davranırlar, necə oturub-dururlar onu fikirləşəndə adamın əhvalına əməlli-başlı soğan doğranır. örünür, elə təhsilimizə cavabdeh olan Misir müəllim də bunu nəzərə alıb məktəblərin geyimi barəsində açıq-aşkar öz mövqeyini ortaya qoyub. Və "Şərq" qəzeti də dünən yazıb ki, yeni dərs ilində Bakı məktəblərində artıq hamı vahid məktəbli formasında olacaq. Çox gözəl. Düzdür, bunun ardınca da xatırladıblar ki, gələn il bu qərar respublikanın bütün ərazisində tətbiq ediləcək. Bu isə lap çox gözəl. Deməli, bir problemimiz öz həllini tapdı.
   
   Qəzetlər onu da yazırlar ki, ölkəmizin baş metropolitençisi, yəni metro sahibi çox hörmətli Tağı müəllim Əhmədov cənabları çox israr etdikdən sonra artıq Qaçqınlar Komitəsi əməkdaşlarının iştirakı ilə 7-8-ci mikrorayonlar arasında yeni tikiləcək metro stansiyanın üzərində məskunlaşmış qaçqınlar "Kamaz"lara yığılıb Mehdiabada daşıdılır. Düzdür, qaçqınlar buna əməlli-başlı etiraz eləyiblər və hətta bir yumşaq desək işarə də vurublar ki, balam, köçürülməlidirsə elə həmin metronun üstündə tikilmiş digər böyük obyektlər, villalar və digər tikililər niyə "Kamaz"lara yığılmır. Bu nə ayrı-seçkilikdir. Qəzetlər qaçqınların dilindən oxuculara çatdırırlar ki, guya Mehdiabada köçürülənlərin yeni ünvanda şəraitləri ürəkaçan deyil və onlar müvafiq qurumların qarşısında piket keçirmək istəyirlər. Doğrusu, xəbərlərin bu məqamı heç xoşuma gəlmədi. birincisi ona görə ki, qaçqınlığın nə olduğunu mən də bilirəm və ona görə də qaçqının "ürəkaçan şərait" arzulaması fikri qaçqın sözüylə heç düz gəlmir. örmüşük ki, qaçqın çadırda olar, qaçqın qəsəbəsində olar, yataqxanada, uşaq bağçasında, hamamda, tay nə bilim haralarda. Yoxsa, qaçqının nə işi metronun üstündə ki, gəlib onları "Kamaz"a yığıb götürüb aparsınlar Mehdiabada. İkincisi də Mehdiabadda o qədər insan yaşayır. Nə olub ki, Mehdiabada, gül kimi ərazisi, yeri, yurdu. Hələ bizim Ceyhun Musaoğlu da orada yaşayır. Heç nədən narazılığı, filanı yoxdur.
   
   Bildiyiniz kimi, Elnarə Əhmədova adlı birisi çox təhlükəli işlə məşğul olurmuş. Babalı deyənlərin boynuna, guya 200-dən çox kişi xeylağını SPİD-ə yoluxdurub. Bu nə qədər doğrudur deyə bilmərəm, amma qəzetlərin yazdığına görə, ən dəhşətlisi Elnarə Əhmədovanın hamilə olmağıdı və bundan da dəhşətlisi odur ki, işdi-şayətdi Elnarə Əhmədovanı, üzr istəyirəm, qəzetlərin yazdığı kimi ifadə eləsəm, abort eləsələr öləcək. Hə, bax bu dəhşətli xəbərdi. Bunu niyə qəzetlərə yazıblar onu deyə bilmərəm, amma həqiqətən 200 nəfəri xəstəliyə tutduran və bunu məharətlə gizli saxlayan, nəhayət, böyük əməliyyatlardan sonra axır ki, cinayət başında yaxalanıb əməli ifşa olunmuş, həmçinin, görk üçün şəkli qəzetlərə, televizyonlara verilən Elnarə Əhmədova bu hamiləlik məsələsində heç yaxşı iş görməyib. ələcək bir uşağın həyatını risqə qoyur. Bu, geniş şəkildə müzakirə olunmalı, ölkənin bütün ginekoloqları yığışıb konsilium keçirməli və bu məsələni müsbət həll eləməlidirlər. Çünki bu gün bizim ən böyük problemlərimizdən biri də budur.
   
   Biz həmkarlarımız üçün, daha doğrusu, həbsdə olan həmkarlarımızın ailələri üçün gücümüz daxilində vəsait toplayırıq. Son məlumatlara görə, toplanan vəsaitin miqdarı 2000 yeni Azərbaycan manatını keçib. Düzü, bu qədər rəsmi, qeyri-rəsmi, qeydiyyatdan keçmiş, keçməmiş qəzetlərin, KİV-lərin olduğu bir vaxtda rəqəmin belə "kasıb" olması məni möhkəm dilxor etdi. Amma bir şeyə sevindim ki, Mətbuat Şurasının sədri, çox hörmətli Əflatun müəllim də, eləcə də medianın öndə gedənləri də inanırlar ki, əfv olacaq və həmkarlarımız da öz ailələrinə qovuşacaqlar. Bu nə qədər tez olsa, hər halda, bizdən daha çox sevinən ailələrin alqışı bu işin səbəbkarlarına düşərli olar.
   
   Hə, günümüzdə ən vacib problemlərdən biri də, təbii ki, millət üçün Pənah Hüseynlə Əvəz Temirxanın bir-birinə mesaj göndərmələridi. Doğrusu, bu müxalifət düşərgəsində mesaj göndərmə son vaxtlar daha çox dəbə düşüb. Özü də mesajlarını bir ətək pul verib aldıqları mobil telefonları ilə deyil, qəzetlər vasitəsilə göndərirlər. Öz problemlərinə qəzetləri də qatırlar. Bu da dönüb olur millətin problemi...
   
   Deməli belə. Yəqin xəbəriniz var da, Nadir Qafarzadə əməkdar artist Faiq Ağayevə bir tolamaz atmışdı. Tolamaz da ki, yəni selbə. Selbəni də atırlar ki, ağacdakı meyvə düşsün və yaxud nə isə. İndi Nadir tolamazı nə təhər atıbsa... Faiq də eləməyib tənbəllik götürüb bir yekə daşı yumalayıb Nadir Qafarzadənin həyətinə. Hə, indi o daşı kim çıxardacaq, necə çıxardacaq... Millət də nə vaxtdı baş sındırır. Problemimizin böyüklüyünü görürsünüz də... Nəhayət...
   
   Bu günlük problemlər bu qədər. Çünki bu günün problemlərini çözməmiş millət bir addım qabağa gedəsi deyil və Qarabağ da qalacaq ermənilərin əlində. Ona görə də o kinoda deyirlər e, "Bəxtiyar" filmində, "Oturun, hamınız fikirləşin!" Millətin xilası fikirləşməkdədir...


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK