adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

QANMAMAQ MƏRƏZi

OQTAY SALAMOV
21312 | 2007-07-24 15:50
Az qala evində divar qəzeti buraxandan tutmuş, ta dünyaya yayımlanan telekanallara qədər hamısının təbabət haqda rubrikaları, verilişləri var. Qarnın ağrıyır dörd-beş həkim beş-on məsləhət verir, başın ağrıyır 12 türkəçarəçi, 24 terapevt, 9 cərrah birdən dəvət eləyir ki, gəl, lap istəyirsən başını dəyişim. Amma bizim hamımızın bəzən elə mərəzimiz olur ki, bu sahədə məmləkətdə nə bir təbib, nə bir loğman, nə diplomlu mütəxəssis tapırsan ki, dərdinə çarə eləsin. Belə mərəzlərdən biri də qanmamaq dərdidi ki, bu dərdə dərman eləyəni tapmağa əhşədu-ehtiyacımız var. Biz qətiyyən göründüyümüz qədər saləlövh və o qədər qanmaz döyülük ki, qanmamaq dərdini müalicə eləyən kişini tanıdığımızı etiraf edək. Amma bəzən qanmadığımızı etiraf eləməyə cürətimiz çatır. Məsələn, bu gün mən iki qana bilmədiyim məqamı söyləyib qananlardan buna aydınlıq gətirməyi təvəqqe eləmək niyyətindəyəm.
   
   
   
   Əvvəlcə bir az sadə məsələdən başlayım, ağıllı adamlar həmişə sadədən mürəkkəbə doğru gedirlər. Bu ölkədə enerji daşıyıcılarının qiyməti qalxdı, suyun qiyməti qalxdı, duzun qiyməti qalxdı, mayanın qiyməti qalxdı, yumurtanın, sodanın qiyməti qalxdı, işçilərə verilən əməkhaqqı da qalxdı. Bu saydıqlarımın hamısı çörək bişirmək və daşımaq üçün zəruri olan komponentlərdir. Bunların hamısının qalxdığı vaxtda deyirlər ki, çörəyin qiyməti qalxmamalıdır. Ay qardaş, vallah mən qana bilmirəm, necə yəni qalxmamalıdır. Bu nə təhər olur ki, tərkibinə və hazırlanmasına daxil olan hər şey qalxır, amma nəticənin qiyməti qalxmır? Bunu inzibati yolla, amirliklə necə qadağan etmək olar? Bəs hüquqi dövlətdə yaşamağımız, sahibkarlığa şərait yaradılması nağılları hara getdi?. Hökumətimiz görəndə ki, qaldırılmayan qiymətə satılan çörəyi mikroskopla görmək mümkün olur (mümkün olan çəkiazaltma supermaksimuma çatıb, daha yeri yoxdu), çörəyin qiymətini rəsmi olaraq qaldırmağa qərar verməyə hazırlaşır. Amma qəzetlərdən oxuduğum məlumatlarda bu qərarın niyə belə sürüşkən olacağını qana bilmirəm.
   
   İki gün bundan qabaq asıb-kəsirdi ki, ehtiyatımız belə, artmağa qoymarıq, tədbirlər görürük, ta nələr... İndi deyir qaldırıram. Lap yaxşı eləyirsən. Amma necə qaldırarsan, mexanizmi necədir? Hökumətdə olan mənbənin dilindən yazırlar ki, çörəyin qiyməti çəkisindən asılı olaraq 25-50 faiz artırılacaq. Bu nə deməkdir, çəkisi 100 qram olan çörəyin qiyməti 25, çəkisi 200 qram olanın qiyməti 50 faiz artırılacaq? Hamı bilir ki, 25 bəzəkdir və çörəyin qiyməti ən azından 50 faiz qaldırılacaq. Hələ qorx ki, 25-50-ni toplayıb 75 eləməsinlər. Bəllidir ki, çörəyin müxtəlif növləri olsa da əhalinin ən çox işlətdiyi şərti olaraq "zavod çörəyi" adlandırılan növdür. Sən konkret qiymət qoy, bu çörəyin bir kiloqramı filan qiymətədir. İndi az qala "semiçqa"nı da elektron tərəziylə çəkirlər. Qoy nadürüst çörəkbişirənlər çəkini azaltsınlar, dürüstlər çoxaltsınlar, sən çəkisinə görə çörəyin pulunu ver. Nə bilim, mən belə qanıram, amma bu kimlərəsə sərf eləmir.
   
   Ağıllandıq. İndi keçək ikinci, daha mürəkkəb məsələyə. Məlumat oxudum ki, Milli Məclisin regional məsələlər daimi komissiyası "Coğrafi obyektlərin adları haqqında" qanun layihəsi hazırlayıb. Bu qanun çoğrafi obyektlərə adların verilməsini, dəyişdirilməsini və dəqiqləşdirilməsini tənzimləyəcək. Məlumatda maraqlı və mənim üçün ən diqqətçəkən, amma qana bilmədiyim bir məqam var: "Coğrafi obyektə 3-dən artıq sözdən ibarət ad qoymaq qadağan ediləcək".
   
   Başa düşürəm ki, hər komissiyanın öz işi var və onlar öz işlərini görməlidir. Amma "Təhsil haqqında" qanun qəbul edilmədiyi halda, bu adlar haqda qanun bu dəqiqə bizə daha çox lazımdır? Bilirəm, deyəcəksiniz ki, beynəlxalq standartlar belə, o partiya belə, bu partiya elə... Elə həmin sözlər təhsil qanununa da aiddir axı. Apastrofu ləğv elədiniz, bə

TƏQVİM / ARXİV