adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BOŞ VER, ARKADAŞ!..

OQTAY SALAMOV
24703 | 2007-07-23 15:17
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dersi xanım bizim Mətbuat günü ərəfəsində jurnalistlərə açıqlama verib. O "demokratik ölkədə jurnalistlər həbsxanada olmamalıdır" sözləri ilə bizim demokratik ölkə olmadığımıza bir "namyok" atıb və deyib: "...biz hökumətlə Cinayət Məcəlləsindən böhtana görə cinayət məsuliyyətinin çıxarılması istiqamətində müzakirələr aparırıq". Çox mədəni ölkələrin dili ilə desək, söhbət "diffomasiya haqqında" qanunun qəbul olunmasından gedir.
   
   Mən bu haqda bir neçə dəfə fikrimi bildirmişəm, bir də təkrar eləməyə məcburam. Mənim və inanıram ki, çoxlarının da fikrimizcə, böhtana görə nəinki cinayət maddəsini aradan götürməmək, əksinə, daha da ağırlaşdırmaq lazımdır. Bu təklif mənim bir polis tanışımın zarafatına oxşayır.

TƏQVİM / ARXİV