“Dərdinizə şərikəm...”- Aygün
Xalq artisti Aygün Kazımova şəhid olan əsgərlərimizdən yazıb.
Adalet.az-ın məlumatına görə, xalq artisti sosial şəbəkə vasitəsilə Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirib:
"Azərbaycanın Vətən uğrunda şəhid olan oğullarına Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Dərdinizə şərikəm".