adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Avqust 2014 11:16
3264
MƏMLƏKƏT
A- A+

Silahlı Qüvvələrə Yardım Fondunda olan vəsait artdı

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsait iyul ayında 773 973 manat artıb.


Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Avqust ayının 1-i vəziyyətinə Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı ilə olan hesabına yığılan vəsait 56 389974 AZN, ABŞ dolları ilə hesabına yığılan vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Artım Fondun manat hesabında baş verib. ABŞ dolları və avro hesablarda vəsait dəyişməz qalıb. Rusiya rublu ilə olan hesaba isə vəsait daxil olmayıb.

Silahlı Qüvvələrə Yardım Fondunun hesablarındakı vəsaitin həcmi 72113905,4 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.