adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Avqust 2014 06:58
8314
HADİSƏ
A- A+

Cəbhə xəttində gərginlik - Yaralılar var - Video

Ermənistan ordusu Ağdamın işğal altında olan Güllücə kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini şiddətli atəşə tutublar.
Adalet.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, cəbhənin bu istiqamətində də yaralıların olduğu bildirilir. Qeyd edək ki, düşmən Azərbaycan ordusunun şiddətli cavab atəşindən təşvişə düşərək, təmas xəttinə nəzarət etmək məqsədilə cəbhə boyu tez-tez işıqlandırıcı vasitələrdən (fişənglərdən) istifadə edir.

****
 03.19
Bu dəqiqələrdə cəbhə xəttində bir neçə istiqamətdə şiddətli atışma davam edir.Adalet.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,düşmən Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, həmçinin Ağdam rayonunun Ergi düzü adlanan ərazisi boyu -işğal altında olan Yusifcanlı, Mərzili və Novruzlu kəndləri istiqamətində yerləşən mövqelərindən iriçaplı silahlardan istifadə edərək Azərbaycan ordusunun mövqelərini şiddətli atəşə tutub. Məlumata görə, düşməninAğdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycanın 3 əsgəri yaralanıb. Yaralılar hərbi hospitala yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.