adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Avqust 2014 00:48
6465
MƏDƏNİYYƏT
A- A+

FOQTS MİLLİDƏKİ XƏLƏFİNİN ADINI AÇIQLADI

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts özündən sonra millimizi çalışdırmasını istədiyi xələfinin adını açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bu məşqçi artıq sabah Azərbaycan yığmasının baş məşqçi postunu qəbul edə bilər. O, taktiki cəhətdən komandasını çox gözəl hazırlayır. Oyunu oxumaq baxımından da çox yaxşıdı. Bu, Qurban Qurbanovdu. Onun Avstriya "Zalsburq"u ilə oyundakı əvəzləmələri də göstərdi ki, öz işini çox yaxşı bilir. Böyük ehtimalla mən getdikdən sonra yığma komandanı o çalışdıracaq. O, mənim xələfimdi (gülür). Amma Qurban Qurbanov yığmanın baş məşqçisi olsa, 11 azərbaycanlı futbolçu ilə oynamalı olacaq".