adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Avqust 2014 19:17
5534
DÜNYA
A- A+

İraqda bir ayda 1750 nəfər ölüb

İraqın paytaxtı Bağdadda partlayış baş verib.

Adalet.az-ın məlumatına görə, şiələrin məskunlaşdığı Həbibiyə rayonunda törədilən avtomobil partlayışı nəticəsində azı 6 nəfər ölüb, 16 nəfər də yaralanıb. Səhiyyə rəsmiləri bu rəqəmlərin artacağını istisna etmirlər.

BMT-nin hesablamalarına görə, təkcə iyul ayında İraqda törədilən terror aktlarında 1750-yə yaxın adam ölüb ki, bunların əksəriyyətini də dinc sakinlər təşkil edir. 2 ay əvvəl isə "İraq və Şam İslam Dövləti" qruplaşmasının əlinə keçən Mosul şəhərində 2400-ə yaxın adam öldürülmüşdü.