adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Avqust 2014 18:33
3591
MƏMLƏKƏT
A- A+

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına keçirilən qabiliyyət imtahanının nəticəsi açıqlanıb. Adalet.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. İmtahanda iştirak etmiş abituriyentlər avqustun 1-i saat 18:00-dan etibarən öz elektron ərizələrinə daxil olaraq (www.e-gov.az/az/services/read/2641) imtahan nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmək hüququ qazanmış 441 abituriyentdən 315 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 126 abituriyentdən 51 nəfəri məqbul qiymət alıb. Onlardan 45 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. Məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.

Abituriyentlər imtahan nəticələri ilə bağlı avqustun 4-də saat 10:00-dan 17:00-dək TQDK-da yaradılmış apelyasiya komissiyasına müraciət edə bilərlər.