adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Avqust 2014 17:57
4179
GÜNDƏM
A- A+

Mədət Quliyevdən yeni təyinat

Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icraçısı təyin olunub.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icrası ədliyyə polkovnik-leytenantı Mahir Yasəf oğlu Əliyevə həvalə edilib.

Ədliyyə polkovnik-leytenantı M.Əliyev 1986-cı ildən cəza-icra orqanlarında xidmət edir. 2011-ci ildən Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini vəzifəsində çalışıb.