adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Avqust 2014 17:32
4011
GÜNDƏM
A- A+

Dilqəm Əsgərovdan xəbər var

Rusiyanın Azərbaycandakı səfirliyi ermənilərin Kəlbəcərdə girov götürdüyü Dilgəm Əsgərovun Rusiya vətəndaşı olması barədə onun ailəsinin ünvanladığı müraciətlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) məlumatlandırıb.


BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-nın sorğusuna cavabında bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin tutulan azərbaycanlılardan birinin Rusiya vətəndaşı olması barədə mediaya verdiyi açıqlamadan sonra BQXK və Rusiya səfirliyi bu məsələ ətrafında əlaqə yaradıb. BQXK ailə üzvlərinin səfirliyə ünvanladığı məktublarla bağlı məlumatlandırılıb. Hazırda səfirlik məktubları nəzərdən keçirir.

Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

H. Həsənov Dağlıq Qarabağda dəfn edilib.