adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Avqust 2014 17:00
2692
GÜNDƏM
A- A+

Hesabalama Palatası Baş Prokurorluğa müraciət edib

Cari ilin 6 ayı ərzində həyata keçirilmiş audit tədbirləri nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 113 nəfər məsul şəxs barəsində aidiyyəti orqanlar tərəfindən müxtəlif intizam tənbehi tədbirlərinin görülməsinə nail olunub. Bu barədə Hesablama Palatasından məlumat verilib.



Palata kənar maliyyə nəzarəti orqanı kimi antikorrupsiya fəaliyyətini davam etdirib. Belə ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində 2 nəzarət tədbiri üzrə büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmək haqqı ödənişi, texniki və məişət avadanlıqlarının təmiri zamanı artıq büdcə vəsaitinin sərf olunması, əsaslı təmir işlərinin yerinə yetirilməsi zamanı iş həcmlərinin süni surətdə artırılması və bu kimi digər maliyyə pozuntuları müəyyən edilib.

 

Yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi qərara alınıb.