DüNƏN KiM QAZANDI?

ƏBÜLFƏT MƏDƏTOĞLU
29991 | 2007-07-18 05:59
nÖlkənin başqa yerlərini deyə bilmərəm, amma dünən Bakıda hava o qədər də xoşagələn deyildi. Başa düşmək olmurdu payızdı, yazdı, yaydı. Nəsə həftəbecər bir şey idi. Amma buna baxmayaraq şəhər qaynayırdı, özü də əməlli-başlı qaynayırdı. Nə maşın sürmək mümkün idi, nə də marşruta minmək. Amma buna baxmayaraq adamlar əvvəlki məqamlara nisbətən bir-birilə çox sakit, təmkinlə rəftar edir, heç kim nədənsə bir-birinin xətrinə dəymək istəmirdi. Bax, bu adama ləzzət edirdi...
   
   Dünən Bakıda rayonlardan, kənddən-kəsəkdən gəlmiş çoxlu adam var idi. "20 Yanvar" dairəsində, yəni metronun üstündə səhər-səhər məndən yalan olmasın bir düjün adam ünvan soruşurdu. Bu ünvanların hərəsi şəhərin bir istiqamətində idi. Başa salana bildiyim ünvanı demişəm, ünvanı deyə bilmədiyimə marşrutun nömrəsini. Çalışmışam ki, mən də bir az xoşduyuq olum. Heç kimin bu səhər kefinin pozulmasında baiskar sayılmayım. Nə isə...
   
   Dünən rayonlardan Bakıya çoxlu sayda avtomobil gəlmişdi.

TƏQVİM / ARXİV