adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Avqust 2014 13:48
5318
DÜNYA
A- A+

ABŞ-ın Rusiyadakı səfiri təsdiqləndi

ABŞ Senatı Rusiyada növbəti müddətə fəaliyyət göstərəcək fövqəladə və səlahiyyətli səfirini təsdiqləyib. 

Adalet.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, qarşıdan gələn dövr ərzində ABŞ-ın Rusiyadakı diplomatik missiyasına Con Teffat rəhbərlik edəcək. 

Məlumatda o da qeyd edilib ki, ABŞ prezidenti Barak Obama C. Teffatın Senata namizədliyini iyulun 11-də irəli sürüb. 

Xatırladaq ki, C. Teffat ABŞ-ın Litva, Gürcüstan və Ukraynadakı səfiri olub.