adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Avqust 2014 12:50
19221
HADİSƏ
A- A+

Şəhidlərimiz sayı 9-a çatdı - Yenilənib

Onlar ölkənin müxtəlif rayonlarındadırlar


Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.

Beləliklə, son sutka ərzində şəhid olan hərbçilərimizin sayı 9-a çatıb.




***
Onlar ölkənin müxtəlif rayonlarındadırlar

Onlar ölkənin müxtəlif rayonlarındadırlar

APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov

- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov

- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov

- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi isə yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.

***


Avqustun 1-ə keçən gecə ermənilərin cəbhənin müxtəlif istiqamətlərində hücuma keçməsi nəticəsində şəhid olan hərbçilərimizdən 5-nin adı məlum olub.Adalet.az-ın anspress-ə istinadən məlumatına görə, şəhid olan hərbçilərimizdən biri Xaçmaz rayonu Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü Coşqunov Mustafa Əhmədcan oğludur. O, hərbi xidmətə bu ilin yanvar ayında gedibmiş.

APA-nın məlumatına görə isə Tərtər rayonu istiqamətində iki əsgərimiz Vüqar Poladov və Elnur İbrahimov həlak olub.

Bundan başqa publika.az şəhid olan hərbçilərdən daha birinin adını dəqiqləşdirib. Bu Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlunun şəhid olması barədə məlumat yayıb.