adalet.az header logo
  • Bakı 20°C
01 Avqust 2014 11:06
5771
DÜNYA
A- A+

İsrail və Həmas razılığa gəldi - 3 günlük atəşkəs elan olundu

İsraillə Həmas Hərəkatı Qəzza bölgəsində atəşkəsin əldə olunmasına dair razılığa gəlib.

Bu barədə BMT baş katibi Pan Gi Mun və ABŞ dövlət katibi Con Kerrinin birgə yaydığı bəyanatda deyilir. Bəyanatda bildirilir ki, İsraillə Həmas 3 günlük atəşkəsə razılaşıblar. Razılaşmanın bu gündən qüvvəyə minəcəyi gözlənilir.  

Həmas da İsraillə anlaşma əldə edildiyini açıqlayıb.

Həmas rəsmisi Sami Əbu Zühri bildirib ki, ABŞ və BMT0nin vasitəçiliyi ilə İsraillə 72 saatlıq atəşkəsə dair razılıq əldə olunub.