BiLiRSƏNMi?

ƏBÜLFƏT MƏDƏTOĞLU
32079 | 2007-07-17 23:08
Öncə bir məqamdan başlayım. Mənim bir xüsusiyyətim var, bilirəm ki, hamı tərəfindən sevilmirəm, səbəbi də özümə gün kimi aydındır. Çünki ətrafındakılara, özündən bir barmaq öndəkilərə, bir sözlə, üzdə olanlara yarınmadınsa yada düşməyəcəksən, yada düşmədinsə deməli, sevilmirsən. Bütün bunları həmin o məqamı açmaq üçün dedim. Məqam da ondan ibarətdir ki, mən tanıyıb-tanımamağımdan, şəxsiyyətini sevib-sevməməyimdən asılı olmayaraq əlimə düşən istənilən maraqlı yazıya həmişə münasibət bildirməyə çalışıram və elə bilirəm ki, bununla həmin yazı müəllifinə az-çox dəstək vermiş oluram. Bu bir növü yazdığım məktuba girişdi.

TƏQVİM / ARXİV