adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Iyul 2014 11:08
3139
MƏMLƏKƏT
A- A+

Sürücülərə şad xəbər

Paytaxtda daha bir yolda hərəkət bərpa edilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Adalet.az-a verilən məlumata görə, Cavadxan küçəsində (4-cü mikrorayon dairəsi) Memar Əcəmi metrosu istiqamətində aparılan təmir işləri başa çatdırıldığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Xatırladaq ki, Tbilisi prospektində - Salamzadə küçəsi ilə kəsişmədən Cavadxan küçəsi ilə kəsişməyə qədər olan hissədə də ötən il təmir işləri aparılıb. Salamzadə küçəsilə kəsişmədən Cavadxan küçəsilə kəsişməyə qədər əraziyə yeni asfalt ötrüyü çəkilib.