BiZiM iLLƏRiN "UŞAQLARI"

ƏBÜLFƏT MƏDƏTOĞLU
28093 | 2007-07-16 12:12
Hərdən fikirləşirəm ki, insanın ən böyük qazancından biri bəlkə də elə xatirələrlə yaşaya bilməsidir. Və bəlkə də elə xatirələr ömrümüzü gözəlləşdirir, mənalı edir. Çünki yaşadığımız an bəzən elə ötüb keçir, heç fərqinə də varmırıq. Amma üstündən günlər, aylar ötəndən sonra birdən hansısa bir məqam, hansısa bir söz yaxamıxdan tutub bizi qaytarır həmin o ötüb keçənlərə. Bax, elə onda həmin o xatirə dediyimiz bizi bizdən qoparır, bizi bizlə olmayanlara qovuşdurur, qalırıq göz-gözə, üz-üzə, nəfəs-nəfəsə...
   
   Qarşımda bir kitab var, şer kitabı, nəğmə kitabı. Ona görə nəğmə kitabı dedim ki, bu kitabdakı şerlərin böyük əksəriyyətinə musiqi bəstələnib. Özü də tamaşaçının, dinləyicinin sənətinə, yaradıcılığına sayğı göstərdiyi bəstəçilər tərəfindən.
   
   
   
   Nəm dolubdu gözümə
   
   

TƏQVİM / ARXİV