adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyul 2014 10:36
2323
GÜNDƏM
A- A+

Qəzzada öldürülənlərin sayı 1200-ə çatdı

İsrailin Qəzza sektorunda həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 1200-dən artıq fələstinli həlak olub və 7 mini yaralanıb. Adalet.az-ın məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.

Döyüşlərin gedişində 20 məscid tamamilə dağıdılıb.

İsrail ordusu Qəzza sektorunda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 45 hərbi qulluqçusunu itirib.