Tevezin atası azad edildi
İtaliyanın "Yuventus” futbol klubunun argentinalı hücumçusu Karlos Tevesin oğurlanmış atası azad olunub.
Adalet.az-ın xəbərinə görə, 8 saat ərzində girov saxlanılan Tevesin atası sağ-salamatdır.
Cinayətkarlar Argentinanın paytaxtı Buenos-Ayresdən 20 km aralıda yerləşən Moron şəhərində girov götürdükləri Sequndo Teves üçün pul tələb ediblər. Atalarını girovluqdan azad etmək üçün Teveslər ailəsi 37 min avro ödəməli olub.
Hadisə iyulun 29-u, səhər saatlarında baş verib. Sequndo Teves "Volkswagen Vento” avtomobilinin sükanı arxasında olarkən tapança ilə hədələnərək qaçırılıb. İlkin məlumata görə, cinayətkarlar 3 nəfər olublar.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03