adalet.az header logo
  • Bakı 19°C
29 Iyul 2014 13:25
7001
KRİMİNAL
A- A+

Bu adamdan külli miqdarda narkotika tutuldu

Bakı polisi 20 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb.

Adalet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, 1961-ci il təvəllüdlü Qəhrəman Əliyev 17 kiloqram marixuananı satarkən cinayət başında tutulub.

Q. Əliyev həmin narkotik vasitəni satın məqsədi üçün özü əkib-becərdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.