adalet.az header logo
  • Bakı 13°C
28 Iyul 2014 18:28
8638
HADİSƏ
A- A+

Düşmən Tovuzu atəş altında saxlayır

Tovuzun Koxanəbi kəndində atışma səngimək bilmir.

Adalet.az "Qafqazinfo” Türkel TV-yə istinadən xəbər verir ki, hər gün axşam saatlarında başlayan atışma aramsız olaraq bir neçə saat davam edir.Kənd iri çaplı silahlardan atəşə tutulsa da atışma itkisiz ötüşüb.

Sakin Etibar Məmmədov: "Son bir həftə ərzində daha da fəallaşıblar. Əvvələr gün ərzində atırdılar yarım saat, bir saat artıq demək olar ki, günün 24 saatının 14-15 saatını erməni ən qorxulu silahlardan fasilələrlə kəndi atəşə tuturlar.Atdıqları güllərin çoxu yanan güllərdir.Yəni bralbonik güllərdir.Hal-hazırda bayaq da eşitdiniz qrantamyot da atdılar kəndə”.

Atışmadan əsasən evlərin dam örtüklərinə ziyan dəysə də təsərrüfatla da məşğul olmaq mümkünsüz vəziyyətdədir. Mənfur qüvvələr hərbçilərimizlə mübarizə edə bilməyəcəklərini görüb dinc kənd sakinlərini yandırıcı güllələr və iri çaplı silahlardan atəşə tuturlar.

Sakin Elşən Məmmədov: "Axşam saat hardasa 10-11 radələrində evdə oturmuşduq .Kənd sakinlərindən bir neçəsi də orda idi.Bir dənə güllə krişadan keçdi düz yatdığımız çarpayının üzərinə.Bax həmin güllə əlimdədir bu saat.Gəldi çarpayıya girdi.Yaxşıki uşaqları çıxarmışdıq evdən”.

Davamlı olaraq atəşə məruz qalan kənd sakinləri hərbçilərimizə arxalanaraq gündəlik həyatlarını yaşayırlar. Kəndi heç vaxt tərk etməyəcəklərini deyən sakinlər lazım gələrsə özləri də hər an döyüşə hazır olduqlarını deyirlər.