adalet.az header logo
  • Bakı 20°C

YALANçI VƏ DOğRUçU OğRULAR

16463 | 2007-07-16 12:11
Uşaq oyunlarından ən maraqlısını yada salmaq istəyirəm. Adını şərti olaraq qoyaq "Yertutma". Hər halda bu, mənim üçün ən maraqlı oyundur. Meydançaya dairəvi şəkildə on ədəd stul düzülür. Bu stulların ətrafında 11 uşaq qaçmalıdır. Oyuna hakimlik edən tərəfindən "otur" işarəsi verilən kimi tez, yubanmadan hərə bir stula əyləşir. Təbii ki, oyunçulardan bir nəfəri ayaq üstə qalacaq. Ayaq üstə qalan özü ilə bir stul götürüb çıxır. Sonra oyun yenidən başlayır. Amma bu dəfə 9 stulun ətrafında 10 uşaq qaçır. Deməli, yenə də bir nəfər artıq qalacaq və yenə də artıq qalan bir stul özüylə götürüb oyundan çıxacaq. Bu qayda ilə gedən oyunun sonunda bir stul qalacaq və iki oyunçudan biri ona oturmalıdır. Oturan oyunun qalibi sayılacaq. Çünki "1" qalib gələn oyunçu üçün nəzərdə tutulub.
   
    Əslində buna "şən", "gülməli" oyun deməliyik, nəinki "maraqlı". Bu oyunu böyüklər oynamır. Bu oyun həmişə çoxlu uşaq (və onlara nəzarət edən böyüklər!) olan yerdə oynanılır. Təbii ki, oyun belə şəraitdə səs-küy, qışqırıq, gülüş və alqışlarla müşayiət olunur. Mənim üçün ən maraqlısı da elə budur. Gəlin bir anlığa "Yertutma"nı şənlik və gülüşdən azad edək və onu ciddi formada, məsələn, futbol kimi böyüklər arasında keçirək. Bu zaman mütləq gücə üstünlük veriləcək.
   
    Yaxud gəlin İlf və Petrova ithafən stulların birinə xəzinə qoyaq və onların sayını 12, oyunçuların sayını isə nəhsə, 13-ə qaldıraq. Onda vəziyyət daha ciddi şəkil alacaq. Zor, dava-dalaş, savaş, hakimə məhəl qoymamaq... Artıq bu, oyun olmur. Oyunla həyatın arasında sərhəd götürülüb. Buna isə yol vermək olmaz. Çünki bu sərhədin bizim üçün həyati əhəmiyyəti var. Doğrudur, bizim hər birimiz bu dünyaya gələndən yer tutmaq, o stullardan birinə əyləşmək və yaxud biz həyata gələnə qədər artıq bizim üçün hazırlanmış yeri, stulu qorumaq, onun özümüzkü olduğunu sübut etməklə məşğuluq. Bəzən bunu özünütəsdiq adlandırırıq.

TƏQVİM / ARXİV