adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Vətənsiz “daşlar”

24764 | 2014-07-28 14:36

Bu ilin sonundan, məlum qərar, "Pasport və vətəndaşlıqhaqqında” qanuna edilmiş düzəlişlər qüvvəyə mindikdən sonra bizlər, xaricdəyaşayan azərbaycanlılar bu durumda olacağıq, həm də Vətənimiz ola-ola və bu çoxdəhşətli bir hissdir. Dəfələrlə bu barədə yazmaq istəsəmdə, yaza bilməmişəm. "Məniistəməyən Vətəni mən də istəmərəm” – deyə düşündüyüm anlar da olub. Sonra özüməsual etmişəm ki, Vətənin, bədbəxt Azərbaycanın burda günahı nədir? Bu başdanqeyd edim ki, mənim düşüncəmə görə, bu düzəliş hələ formalaşmaqda olan Azərbaycandiasporunu elə beşikdəcə boğulması demək olacaq. Bu gün daşı, sonunda isə torpağı olmaq istədiyinVətən səndən imtina edir və sən xaricdə bu vətəni təmsil etməli, onun haqq səsiniyaşadığın ölkədə yerli insanlara, siyasətçilərə çatdırmağa çalışmalısan. Ancaqkürəyinə Vətəndən bir bıçaq saplanıb, damla – damla "qan itirirsən” və gücdəndüşməkdəsən. Belə bir durumda təbii ki, tam gücünlə fəaliyyət göstərə bilməzsən,istəsən belə.

Bəzi dostlar bu düzəlişin Rusiya faktorunagörə vacib olduğunu deyir, əsaslandırmağa çalışırlar. Olsun, mən də belə təxminetdim. Ancaq bir təlükəni dəf etməyə çalışarkən digər təhlükəni, diasporumuzun(hələ formalaşmaqda olan diasporumuzun)məhv olmasını (ən yaxşı halda zəifləməsini) göz önünə almağına dəyərdimi? Axı gün təkcə bu gündən ibarət deyil. Deyəkki, bizlər, Azərbaycanın çörəyini yemiş, suyunu içmiş insanlar, incisək belə, Vətənəxidmətə davam etdik. Bəs gələcək nəsillər, onlar bunu edəcəklərmi və əslində nəüçün etməlidirlər? Axı Vətən onlardan, onların ata-analarından imtina edib. Həmdə bu uşaqlar Avropada, düzgünlüyün, ədalətinhökm sürdüyü bir cəmiyyətdə böyüməkdədirlər, yaxud doğulub böyüyəcəklər. Bu düzəliş ədalətlidirmi?Nə qədər gec deyil, düşünün bu barədə.

Qısa olaraq özümün xaricdə, Niderlanddayaşadığım illərə, Vətənim üçün görmək istədiyim işlərə nəzər salmaq və (ilk dəfəöz yazımda) bunların bir hissəsini sizlərlə bölüşmək istəyirəm. Öncə onu deyimki, hazırda soydaşlarımız müxtəlif səbəblərdən dünyanın bir çox ölkələrinə səpələniblər,elə diaspor da bu deməkdir. Qeyd etdiyim kimi səbəblər müxtəlifdir, həqiqət isəbirdir və onu kimsə dəyişə bilməz: kimsə xoş günündən doğmalarından,yaxınlarından, uşaqlıq xatirələrindən, Vətənindən didərgin düşmək istəməz. Uzatmayım,2008 – ci ildən ailəmlə birlikdə Niderlandda yaşayıram. İlk iki ilimiz olduqca çətin şəraitdə keçdi(elə indi də asand deyil) və hər gün dəfələrlə"ölüb-dirilir”dim. Ailəmin, övladlarımın çəkdiyi iztirabları, Vətəndə qalandoğmalarımın çəkdiklərini görüncə dünyaya nifrət edirdim. Özümə söz vermişdimki, mən Azərbaycana aid heç bir işə qatışmayacam, olmadı. Bəli, doğrudan daolmadı. Bir balaca "rahatlanan” kimi düşündüm ki, Vətənimiz üçün nə edə bilərəmvə anladım ki, bunun üçün ilk növbədə yerli dili öyrənməyim vacibdir. Heç kəsə,deyilən sözlərə fikir vermədən bütün gücümü dil öyrənməyə həsr etdim, hansı ki,mən də digər ölkələrdən olan gəlmələr kimi (yaşadığım ərazidə) "qara” işlərdəişləyib yetərincə pul qazana bilərdim. Yox, mən də işlədim və həm də ən çətin,fiziki güc tələb edən işlərdə işlədim.Qazandığım pulları isə yollara xərclədim, siyasətçilərlə görüşdüm, ölkəmizinhazırkı durumunu anlatmağa çalışdım. Niderlanda gəldiyimin üçüncü ilində mənartıq yerli jurnalistlər birliyinin üzvüidim və bu mənə yerli siyasət adamları ilə görüşməyimə kömək edirdi. İstərNiderland, istərsə də Avropa parlamentində onlarla görüşlər keçirdib,çoxlarının arxaca dediklərini üzlərinə dedim. Bütün bunlar həm yerli Niderland,həm də Azərbaycan mətbuatında əksini tapıb. Ancaq yox,bütün hamısı deyil. Birçox siyasət adamı danışdıqlarımızın mətbuata verilməsini istəmədi, mən də vermədim,sonrakı mərhələdə işimə gəlsin deyə. Busıraya bələdiyyə başçıları, qeyri hökumət təşkilatları ilə görüşlərimi,qatıldığım yüzlərlə tədbirləri də əlavə etsək uzun bir siyahı alınar. Bir onuqeyd edim ki, bəzən bir ayda on dəfə, mənimyaşadığım şəhərdən 100 km- dən də artıq məsafədə yerləşən, bir çoxlarının Haaqa kimi tanıdığı Den Haag şəhərinəgedib-gəlməli oldum. Burda benzinin bir litrinin 1 avro 80 sent civarındaolduğunu düşünüb özünüz bir nəticəy gəlin, mən hələ avtomoblin dayanacaq pulunun saatı dörd avroya olduğunuyazmıram. Niderlandın dövlət saytlarındaölkəmizlə bağlı getmiş nə qədər yanlışlıqlara etiraz etmiş, düzəltdirməyəçalşmış, yerli mətbuatda onlarla yazılar vermiş və.s. bu kimi işlər görməyə çalışmışam. Hazırda işlədiyimqaçqınlar idarəsi barədə isə heç bir şey yazmaq fikrim yoxdur. Bütün bunları özhesabıma etmişəm. Kiminsə, hansısa təşkilatın köməyi dəyibsə, qoy desin. Həqiqi Vətən sevgisi etdirib bunları mənə.Ailəmi, övladlarımı tətillərdən saxlayıb, istirahətlərindən kəsib bu işlərə xərcləmişəmqazancımı. Bu işlərə xərclədiklərimi isə əziyyətlə qazanmış və hətta ağır işlərgörməkdən əməliyyat belə olunmuşam. Bu da sonunda mənə və minlərlə mənim kimisoydaşımıza verilən qiymət. Bundan başqavə ən önəmlisi odur ki, evdə eləövladlar böyüdürəm ki, Azərbaycanın adı gələndə, xalq dili ilə desək, "dodaqları on yerdən çatverir”. Bəlkə bütün bunlar özündən razılıqkimi dəyərləndirilə, təvazökarlıqdan kənar kimi görsənə bilər. Ancaqgörməyə çalışdığım işlərin bəzilərini, az bir hissəsini yazmağa məcbur oldum, Vətənbizdən imtina edir deyə. Hələ məndən daha artıq işlər görmüş və görmək istəyindəolan soydaşlarımızın olduğuna heç bir şübhəm yoxdur və Vətən bizi "daşlıqdan”çıxardır.

Gələk düzəlişə. Düzəliş qüvvəyə minənə kimikim digər ölkənin vətəndaşlığını qəbul edibsə, bu qərar onlara şamil edilməyəcək.Səd afərin, necə deyərlər. Bununla kimlərin özlərini, övladlarını sığortaetdiyini yazmayacam, zatən aydındır. Düzəlişdənhəm də belə anlaşılır ki, xaricdəyaşayan azərbaycanlılar heç bir seçkili orqanlarda təmsil oluna, dövlət işlərindəişləyə bilməzmişlər. Yox, əgər bunlardan biri baş versə, bu, həmən şəxsin Azərbaycanvətəndaşlığını itirməsi ilə nəticələnəcək! Hətta qərar qüvvəyə minməmişdən öncəbaşqa öılkənin vətəndaşlığını qəbul etmiş olması da buna əngəl olmayacaq. Eybu düzəlişə səs vermiş 125 Millət Vəkili,məgər sizin soydaşlarınızdan biri yaşadığı ölkənin parlamentində, bələdiyyəsindətəmsil olunsa pisdir? Həmən yüksək tribunalardan Azərbaycanın haqq səsinieşitdirməyə çalışsa pisdir? Yoxsa biz eləqul olmağa yaranmışıq? Onda sonra deməyək ki, "bax, erməni hər yerdə təmsilolunur”, "erməni diasporu güclüdür” və.s.Bizim zəfləməmiz təbii ki, düşmənlərin güclənməsi deməkdir.Dolayısı ilə bu düzəlişin nə ilə nəticələnəcəyinitəsəvvür etmək bu qədərmi çətindir?Niderlandda keçrilən son bələdiyyə seçkilərində mənim də seçkilərə namizədkimi qatılmam və qaznmam şansım var idi, etmədim. Düşündüm ki, gələn seçkilərdəedərəm, hələ yerli dili daha da mükəmməl öyrənim ki, orda gülməli vəziyyətdəqalıb, ölkəmi biabir etməyim. İndi mən nə edim, gələn seçkilərə qatılım və Azərbaycan vətəndaşlığımı itirim? O halda gərəkNiderland pasportumu sizlərə nümayiş etdirib, Mayakovski sayağı: "...Mən Avropavətəndaşı” – deyim? Təbii ki, mənim kimi sərhədlərimizdən kənarda yaşayan digərsoydaşlarımız da eyni şeyi edib-etməmək barədə düşünmək məcburiyyətindəqalacaqlar. Ancaq o halda onlar vətəndaşıolduğu ölkə üçün çalışacaqlar, buna şübhəniz olmasın. Milli Məclisin Hüquqsiyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, cürmüddəalar dünyanın bir çox inkişaf etmiş ölkələrin konstitusiyalarında damövcuddur. Əli müəllim, məsələn, Ermənistan başqa ölkənin parlamentinə millət vəkiliseçilən ermənini vətəndaşlıqdan çıxartmaz, hətta Azərbaycan parlamentinə seçilsəbelə. Nəticədə, yuxarıda da qeyd etdiyim kimi,erməni diasporu güclənir və bizlər onlarla mübarizədə aciz qalırıq.Başqa misal, Niderland analoji halda hər bir ölkə üzrə fərdi yanaşır.Anlaşılan, başqa ölkənin vətəndaşılığını qəbul etmiş hər kəs vətəndaşlıqdançıxarılmır. Bundan başqa, əgər sənNiderlandda Niderland vətəndaşı kimi doğulmusansa, yaxud valideyinlərinin biriNiderland vətəndaşıdırsa, heç kim, nə parlament, nə Kral və.s. səni vətəndaşlıqdançıxarda bilməz. Bunu sizə tam məsuliyyətimlə, burda aldığım təhsil proqramına uyğun, yerliqanunları öyrənən biri kimi deyirəm.

"Vətəndaş!

Nə gözəlsəslənir bu söz.

Yəni - bir Vətənin övladıyıq biz.

Anamız eynidir,

Qardaşıq, demək.

Mən sənə arxayam,

Sən mənə kömək.”

Bəxtiyar Vahabzadənin "Vətəndaş” şerindəndir bu misralar. Bir vətəninövladıyıq biz, anamız, Vətənimiz eynidir, qardaşıq, bir-birimizə arxa-köməyik –nə gözəl təsvir edib böyük şairimiz. Bir daha düşünün, bizi Vətənsiz qoymayın.Biz bu gün Vətənin daşıyıq, imkan daxilində yaşadığımız ölkələrdə düşmənin "başına düşməyə” çalışırıq. Sabahmüharibə başlayacağı halda mən Vətənimin torpağı olmağa razıyam, mənim kimiminlərlə soydaşımız. Bir daha düşünün və övladı anadan ayırmayın. Bizi anlamağaçalışın, biz Vətəndən incimək istəmirik.

Vüqar Abbasov. Niderland.

[email protected]

P.S. Bir müddət öncə kulis.az saytına çox qısa birhekayə göndərmişdim. Mövzuya uyğun olduğu üçün həm yazınının linkini, həm dəyazını burda paylaşıram.

http://kulis.az/news/7204

"Son göz yaşı”

Qürbətə gedəndəoğlum 6, qızım 8 yaşında idi. Yol boyu qucağımda yatan oğlum gözünü açıb: "Buraharadır?” – soruşdu. "Niderland”- dedim. Bir şey anlamasa da: "Azərbaycana nəvaxt qayıdırıq?” – deyə soruşdu. "Bilmirəm” – dedim. Uşaqların gözündə yaşgöründü...

20 il sonraAzərbaycanın hava limanında, oğlumun qucağımda rahat yatan oğlu Azər gözünüaçıb:”Bura haradır?” – soruşdu. "Azərbaycan” – dedim. Azər: "Niderlanda nə vaxtqayıdırıq?”- soruşdu. Gözlərimin dolduğunu hiss etdim. Sonra nə olduğundan xəbərimolmadı. Bu, mənim gözlərimdən çıxan son yaş oldu...


TƏQVİM / ARXİV