adalet.az header logo
  • Bakı 13°C
28 Iyul 2014 13:56
4955
HADİSƏ
A- A+

Azərbaycanlı iş adamı Rusiyada faciəli şəkildə öldü

Ötən gün Həştərxanda azərbaycanlı iş adamı Şərifov Rəhman çayda boğularaq vəfat edib.Mərhumun yaxını Samir Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, mərhum Qalaktika Gəmiqayırma zavodunun rəhbəri olub.

Ş.Rəhman 20 ildən artıqdır ki, Azərbaycan, Qazaxstan və Rusiyada Gəmiqayırmada zavodunda mühəndis vəzifəsində çalışıb.

1994-cü ildən etibarən isə bir neçə şəxsi biznesini qurub.

Qeyd edək ki, Şərifov Rəhman 1960-cı il mart ayının 8-i Yevlaxda anadan olub. 1982-ci ildə Odessada Gəmiçilik universitetini bitirib. Ailəli olub və üç oğlu var.