adalet.az header logo
  • Bakı 18°C

FƏXRi VƏTƏNDAŞ

19599 | 2007-07-16 12:11
Bakı, 1994-cü il
   
    ... Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk dəfə 28 may Müstəqillik bayramını qeyd etməyə hazırlaşırdıq. Bu ərəfədə mənim təşəbbüsümlə Turkiyənin tanınmış sənət adamlarından və media mənsublarından ibarət böyük bir qrup Bakıya gəldi. Bir neşə gün rayonlarda görüşlər keşi-rildi, Respublika sarayında rəngarəng konsert proqramıyla şıxışlar oldu. Bu konsertin videoyazısı Azərbaycan televiziyası ilə göstərildi. Bakı görüşlərini əks etdirən kadrlar Türkiyənin müxtəlif telekanallarında yayınlandı, mətbuat səhifələrində səfər təəssuratları dərc olundu. Həmin günlərdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Türkiyədən gələn heyətin rəhbəri, Raks şirkətinin idarə heyətinin sədri Kadrı Öneli və məni qəbul etdi. O, "Raks" sirkətinin təşkilatşılığı ilə belə bir tədbirin Bakıda keşirilməsindən məmnun olduğunu bildirdi. Söylədi ki:
   
   - Tədbirlərinizin yüksək səviyyədə keşməsindən xəbərim var. Oğlum dünən sizin konsertə tamaşa edib. Axşam öz təəssüratını mənimlə ətraflı bölüşdü. Bilirsiz, Azərbaycanda türk musiqisini cox sevirlər, yəqin ki, siz də bunun şahidi oldunuz. Mənim yadımdadır, hələ Sovet dönəmin-də ayrı-ayrı vaxtlarda türk müğənnilərdən Zəlihə, Nəzrin Sipahi, Emel Sayın, Müşərrəf Akay Bakıya gəlmişdilər. Xalq onları böyük hörmətlə qarşılamışdı. Bu, həm onların yüksək ifaşılıq məharətinə verilən qiymət idi, həm də illərdən bəri bizim insanların qəlbində gizli qalan Turkiyəyə məhəbbətin nişanəsiydi. Amma belə geniş tərkibdə, mənim fikrimcə, ilk dəfədir türk sənətşiləri Azərbaycana gəlir. Özü də bizim Müstəqillik bayramı qeyd edilən bir vaxtda. Bunu müsbət qiymətləndirirəm. Yanvar ayında Turkiyədə rəsmi səfərdəydim. Bu, prezident kimi səfər etdiyim ilk xarici ölkə idi. Hesab edirəm ki, görüşlərin nəticələri tezliklə özünü büruzə verəcək. Aramızdakı dostluq və qardaşlıq əlaqələri bütün istiqamətlərdə daha sürətlə inkişaf edəcək, güclənəcək, möhkəmlənəcək. Bu işlərdə incəsənət xadimlərinin, media nümayəndələrinin xidməti böyükdür və mən hesab edirəm ki, şox əhəmiyyətlidir. Sizə uğurlar arzulayıram.
   
    Cənab Kadrı Önel vaxt tapıb bizi qəbul etdiyi üşün möhtərəm prezidentə dərin təşəkkürünü və minnətdarlığını bildirdi. Bakı səfərindən cox məmnun qaldıqlarını, dəyişən və sürətlə inkişaf edən yeni Azərbaycanın böyük gələcəyinə, iqtisadi sışrayışına Türkiyədə kimsənin şübhəsi olmadığını söylədi. Bu səfər zamanı tarixi-memarlıq abidələri, muzeylərlə tanışlıqdan zövq aldıqlarını, dinlədikləri Azərbaycan musiqisinə məftun olduqlarını və ümumiyyətlə, onlara göstərilən yüksək qonaqpərvərlik, qayğı və diqqət üşün bütün heyət adından dərin təşəkkürlərini bildirdi.
   
    Sonra söz musiqidən düşdü. Kadrı bəy dedi ki, Türkiyədə Azərbaycan musiqisi barədə məlumat azdır. Ən cox Zeynəb Xanlarovanı tanıyırlar. Cünki Zeynəb xanım Turkiyədə dəfələrlə olub, kasetləri şıxıb. Heydər Əliyev dedi ki," bilirəm, Zeynəb Xanlarovanı Turkiyədə cox sevirlər. Bəs Rəşid Behbudovu necə, eşitmisiz?"
   
    -Təəssüf ki, adını eşitsəm də səsini hec duymadım,-dedi Kadrı bəy.
   
   - O, Türkiyədə dəfələrlə olub . Onun baş rolda şəkildiyi "Arşın mal alan" filmi bütün dünyanı dolaşıb. Bəs musiqi ilə yaxından məşğul ola-ola indiyə kimi nə əcəb onu tanımımamısız? - deyə soruşdu.
   
    Cənab prezident bu sözləri elə tərzdə ifadə etdi ki, onun sual və təəccüb dolu mənalı baxışlarından gözlərini ayıra bilməyən qonaq bu haqlı iraddan utandı.
   
    Cənab prezident mənə tapşırdı ki, "sən Rəşidin plastinka sından, kasetindən tap ver qonaqlara, qoy dinləsinlər. SSRİ-nin vaxtında "Melodiya" firması bütün ölkə üzrə bu məsələlərlə məşğul olardı. İndi müasir dövrün tələblərinə cavab verən bizim öz səsyazma studiyalarımız olmalıdır ki, zəngin musiqi mədəniyyətimizi, ifaşılıq sənətimizi, qədim muğamlarımızı dünyada geniş təbliğ edə bilək. Sən türk dostlarınla bu məsələlərlə məşğul ol".
   
   - Baş üstə, cənab prezident,- dedim. Kadrı bəy də "biz hazırız, hər zaman Sizin əmrinizdəyiz. Bu bizim işin hər şeydən öncə bir şərəfdir,"- deyə əlavə etdi.
   
    Heydər Əliyev soruşdu ki, mənim bu məsələdə nə köməyim ola bilər ?
   
   -Sizin xeyir-duanız və tövsiyələriniz bizə yetər,-deyə
   
   Kadrı bəy cavab verdi.
   
   Heydər Əliyev:
   
   -Mən xeyir-duamı verdim. Tövsiyyəm də odur ki, qoy elə ilk birgə işiniz Rəşid Behbudovun yeni albomu olsun.
   
    Rəşid Behbudovun lent yazıları Azərbaycan radiosunun qızıl fondunda saxlanılırdı. Cənab prezident bizim yanımızda Teleradio şirkətinin sədri Babək Hüseynoğlu ilə əlaqə yaratdı və ona tapşırdı ki, lazım olan materiallarla bizi təmin etsin. Bu əlamətdar görüşün nəticəsi olaraq bir qədər sonra "Bakı-Raks" Azərbaycan-Türkiyə birgə müəssisəsi yarandı. Azərbaycan bəstəkarlarının, ifacılarının albomlarının yüksək keyfiyyətlə istehsalı başladı. "Raks" şirkəti sayəsində Üzeyir Hacıbəyov,Qara Qarayev, Rauf Hacıyev, Fikrət Əmirov kimi bəstəkarların əsərləri Türkiyədə musiqisevərlər tərəfindən maraqla qarşılandı. Vaqif Mustafazadənin, Emin Sabitoğlunun, Vaqif Gərayzadənin, Cavanşir Quliyevin, Ruhəngiz Qasımovanın, Eldar Mansurovun, İlhamənin, Mirzə Babayevin, Brilyant Dadaşovanın, Aygün Kazımovanın, İlham Nəcəfovun, "Qaya" vokal-instrumental ansamblının, "Rast" qrupunun, "Dan ulduzu" ansamblının və başqalarının albomları nəfis şəkildə buraxılıb musiqisevərlərin ixtiyarına verildi. Amma ilk albom Rəşid Behbudovun oldu. Onu möhtərəm prezidentimiz Heydər Əliyevə şəxsən təqdim etdim. O, CD-ni diqqətlə nəzərdən keşirdi. Üz qabığına, mahnıların seşiminə göz gəzdirdi. Bəyəndi."Yaxşıdı, belə də davam edin",-dedi. Bizim üşün bundan böyük mükafat ola bilməzdi.
   
    "Azərbaycanım" adlı albomun prezentasiyası "Gülüstan" sarayında oldu. Birinci dəfə idi ki, belə əzəmətli təqdimetmə mərasimi keşirilirdi. Gecəyə tanınmış ziyalılar, görkəmli elm, sənət xadimləri, mətbuat nümayəndələri, Rəşib Behbudovun ailə üzvləri dəvət almışdılar. Ölməz sənətkarımızın albomunu Rəşidə xanıma təntənəli surətdə təqdim etdim. Bir neşə gün sonra bu unudulmaz gecədən hazırlanan xüsusi proqram Azərbaycan dövlət televiziyası ilə göstərildi.
   
   
   
   İstanbul, 2001-ci il
   
   
   
    "Raks" şirkətinin Rəşid Behbudov yaradıcılığına diqqəti bununla bitmədi. Rəşid Behbudov Fondunun cox böyük bir layihəsi birgə əməkdaşlıq nəticəsində 2001-ci ildə gerşəkləşdi. İstər hazırlıq dövrü, istər istehsalat prosesi yüksək peşəkarlıqla aparıldı. Fondun direktoru Kamil Şahverdiyev, sənətkarın qızı Rəşidə xanım İstanbula yollanıb "Raks" şirkətində lent yazılarının təmizlənmə-sinə, tərtibinə, bədii tərtibatının mətbəədə şapına nəzarət etdilər. Bütün bu şalışmalardan sonra 12 CD-dən ibarət "Səni tərənnüm edirəm, doğma Azərbaycanım" albomu ərsəyə gəldi. Bu albom Behbudov yaradıcılığının ayrı-ayrı istiqamətləri və mərhələləri ilə dinləyiciləri tanış etdi. Bəstəkar və xalq musiqisi, opera və operetta janrı,dünya xalqlarının dillərində səslənən mahnılar albomda öz əksini tapmışdı. Rəşidsevərlərə indiyədək bundan gözəl hədiyyə olmamışdı. Albomun təqdimetmə mərasimi Respublika Sarayında keşirildi.
   
   
   
   Bakı, 2003-cü il
   
   
   
    2001-ci ildən mən "Space" Teleradio Şirkətinin prezidenti vəzifə-sində şalışarkən Rəşid Behbudov Fondu ilə əlaqələrimiz daha da möhkəmləndi. Fondun bütün fəaliyyəti televiziyada və radioda geniş işıqlandırılardı. Bir dəfə Fondun direktoru Kamil Şahverdi-yev maraqlı təkliflə yanıma gəldi. Söhbət Rəşid Behbudovun Rəşidə xanımla birlikdə ikili diskini buraxmaqdan gedirdi. Bu fikrin özü orijinaldı. Albomun dizaynı, mahnıların seşimi zövqlə işlənmişdi. Layihəni bəyəndim. Şirkətin maliyyə dəstəyilə az bir vaxtda "Sənsiz Səninlə" albomu Turkiyədə istehsal olunub Bakıya gətirildi. Onu deyim ki, Rəşid Behbudovun bütün albomları kimi, "Sənsiz Səninlə"nin də aqibəti uğurlu oldu.
   
    Mən həmin albomun adını bir daha yada salmaq istəyirəm: "Sənsiz Səninlə"... Bu adı müxtəlif şəkildə yozmaq olardı. Məsələn, sənli sənsiz günlərimiz kimi də. Amma sənli, sənsiz günlərimizdə də bil ki, biz səninləyik, Rəşid müəllim. Şünki sən hər zaman bizimləsən. Sən yenə də doğma Azərbaycanımızı tərən-nüm edirsən. Sən yenə də qocalan dünyanın her yerində qocalmayan səsinlə bizim yeni uğurlarımızı vəsf edirsən. Yenə səni eşidib Azərbaycanı tanıyırlar. Yenə səni dinləyib azərbaycanlıları sevirlər. Bir vətəndaş, bir sənətkar kimi sənin ən böyük arzun elə bu deyildimi, Rəşid müəllim?
   
   

TƏQVİM / ARXİV