adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Iyul 2014 14:58
4646
HADİSƏ
A- A+

FHN əməkdaşları kanalda batan gənci axtarır

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində ("Mingəçevir” sularda xilasetmə məntəqəsindən, təxminən, 130 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyev batıb.

Adaleta.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb.