adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Iyul 2014 14:51
11068
KRİMİNAL
A- A+

Polisin üstünə bıçaq çıxardı, onun burnunu qırdı

Bakı şəhərinin mərkəzi hissələrindən olan Xəqani küçəsində polislə vətəndaş arasında insident olub.

Adalet.az lent.az-a istinadən xəbər verir ki, Xəqani küçəsi, 14/16 ünvanının qarşısında uca səslə danışan 1989-cu il təvəllüdlü Xəqani Dəmirova yaxınlaşan polis serjantı, 35 yaşlı Faiq İbrahimov onu intizama dəvət edib.

Lakin X.Dəmirov polisin tələbinə məhəl qoymayıb və üstündəki bıçağı çıxararaq onu hədələyib. Bu zaman tərəflər əlbəyaxa olublar və 25 yaşlı oğlan polis əməkdaşına yumruqla zərbələr endirib. Zərbə nəticəsində F.İbrahimovun burnu qırılıb. Faktla bağlı araşdırmalar aparılır.