adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Iyul 2014 11:50
7108
HADİSƏ
A- A+

Kəlbəcərdə öldürülən azərbaycanlı dəfn edildi

Ermənilər tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib.

Adalet.az-ın xəbərinə görə, bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, BQXK-nin Dağlıq Qarabağdakı ofisi azərbaycanlı ailə tərəfindən qohumu kimi tanınmış adamın dəfn olunması barədə məlumatlandırılıb. BQXK dəfn olunmada müşahidəçi kimi iştirak edib. Dəfn zamanı meyitə hörmətlə yanaşılıb.

İ. Hüseynova həmçinin qeyd edib ki, BQXK meyitin geri qaytarılması üçün danışıqları davam etdirir.