adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyul 2014 10:40
8279
GÜNDƏM
A- A+

Qarabağ qazisi olan xanımı itirə bilərik - Həyacan

Gəncliyini müharibəyə həsr etmiş milli fəal, 1990-cı il meydan hərəkatından milli mücadiləyə qoşulmuş Qarabag qazisi Cumayeva Rüxsarə Bayraməli qızının səhhətindəki problemlər günü-gündən ciddiləşir.

Adalet.az  ANS PRESS-ə istinadən xəbər verir ki, Qarabağ müharibəsinin 1991-94-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rüxsarə xanımın sağlamlığına vurduğu zərbələr hələ arxada qalmayıb. Artıq 2 ildir amansız xəstəkilkərlə mübarizə aparan qəhrəman xanım qazimizin dayaq nöqtələri və aşağı ətraflarında ciddi problemler yaşanır. Səhhətindəki problemləri aradan qaldırmaq üçün Türkiyəyə gedən döyüşçümüz Ankara Nümunə xəstəxanasında bir-birinin ardınca bir necə əməliyyat keçirsə də problemləri aradan qalxmayıb. Əməliyyatların birində 45 dəqiqəlik kliniki ölüm keçirən qazini İstanbul Maltepe Tibb Unversitetinin araşdırma xəstəxanasına köçürüblər. Burada da daha 2 əməliyyat keçirən Qarabağ döyüşçüsünün növbəti əməliyatı üçün 18 min avro pul tələb olunur.

1967-ci ildə Zaqatala rayonunda dünyaya göz açmış Cümayeva Rüxsare 1991-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə qoşulub. İlk döyüş yolu Daşaltı əməliyyatından başlayan bu igid qız 1992-ci ildə Ağdam, 1994-cü ildə Murov cəbhələrində ermənilərə mərdliklə müqavimət göstərib və neçə -neçə yaralı döyüşçünü döyüş meydanından çıxararaq ilk tibbi yardım göstərib.

Rüxsarə xanım atəşkəsdən sonra ailə qurub, bir qız övladi var.