adalet.az header logo
  • Bakı 12°C

Şəhərlər, adamlar və saxta profillər...

74165 | 2014-07-26 10:54

Dan yeri sökülübgünəş dünyanı işıqlandıran vaxt şəhərlər yenidən doğulur sanki. Sübh tezdən lapkörpə uşaq kimi pak olur şəhərlər. Ona görə ki, insanlar hələ nəfəsləri, maşınlarınıntüstüsü ilə çirkləndirmir onları. Ekoloji tarazlıq pozulmur. Bakının günəşləbirgə yuxudan oyanan vaxtına lap çoxdan bir şeir yazmışdım:

Yuxusuzluq
"pəncərədən bayıra bax" deyir...
Açıram pəncərəni,
şəhərin hələ insan nəfəsi dəyməyən
saf havası
atır özünü
taybatay açılan pəncərədən
evimizin ağuşuna...
Dan yeri ilmə-ilmə söküldükcə
şəhərin eyibi açılır:
... küçələrdə insanlar görünür,
səs-küylü maşınların arxasınca
tüstülər sürünür.
Şəhər oyanır...
Yatmaq zamanıdır.

İnsanlara eyni məhəbbətləağuşunu açır şəhər. İnsanlarsa... Zibillənən küçələrlə, qələbəliklə, tıxacyaradan avtomobillərlə bu sevgiyə cavab verər...

Hər yer bəzən günügünortaya əyilmiş böyük şəhərlər kimi olur. Bəzən hər şey... Hətta insanar da.Yükləndikcə yeni nəsə düşünə bilmir beyin.

Elə virtual məkanlarda. Sosial şəbəkələrin çoxalmasına baxmayaraq çoxunun ilk ünvanı olan Facebook üstünlüyünüqoruyub saxlayır. Lap paytaxt şəhərlər kimi.

İnsanları çoxaldıqca"iqlimi” dəyişir, "ekoloji” tarazlığı pozulur... Ora ki insanın nəfəsi, yer üzününəşrəfinin əli dəydi, mütləq o yerdə yaxşılarla bərabər ikiüzlülüər də çoxolacaq, yaltaqlar da, satqınlar da...

Son günlər İŞİDterrorçularının törətdiyi vəhşiliklər, Qəzzada baş verən faciə haqda soaial şəbəkələrdəfotolar paylaşılır. Bağrıqan, əsəbləri zəif insanlar, nevroloji xəstələr bir dəbu fotoların təsiri altda günə başlayır. Xəbər saytları bu hadisələr haqdakifayət qədər məlumat verir. Kim istəsə həmin saytların linkinə necə deyərlər,tıklamaqla onları oxuya bilir. Bir də həmin fotoları paylaşıb altından məsələn,"Bu vəhşiliyi törədənlərə amin deyən neçə nəfər olarıq” yazmaq nə deməkdir, onubaşa düşmək olmur. İnsanlıq bu dərəcədəmi aqoniya halındadır?

Bugünlərdə dostsiyahımda olan birinin başqa biri ilə mübahisəsini gördüm. İkinci, terrorçularınqətlə yetirdiyi bir adamın kəsilmiş başını əlində tutub "like” dilənirdi. Birinci isə bunun insanlığa sığmadığınıbildirir, şəkili silməsini xahiş edirdi. Qarşı tərəf açıq-aşkar səhifəninreklamının, izləyici toplamasının daha önəmli olduğunu yazmışdı.

Virtual aləm eləreal həyatın inikasıdır. Şəhərin demoqrafik göstəricisi dəyişdikcə psixoloji,ekoloji atmosferi mənfiyə yön aldığı kimi virtual məkana da axın çoxaldıqcainsan tipləri artır...

Bəla burasındadıki, gördüyün belə tiplərin gözünün içinə baxıb orda gizlənən hiyləni, riyanı,yalanı görə bilmirsən.

Saxta profillərdənboylanan hind aktrisaları, filosoflar, Hollivud aktyorları, ingilis, türk... müğənniləri,mələk uşaqlar, gül-çiçək qədər qorxulu heç nə yoxdu...

Əsəbsiz,stressiz, rahat yaşamağın bir yolu var: həyatımızı, şəhərimizi, beynimizi və qəlbimiziçirkabdan qorumaq!


TƏQVİM / ARXİV