adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Iyul 2014 10:25
6602
HADİSƏ
A- A+

Hollandiya cəsədləri belə qarşıladı - Fotolar

İyulun 23-də Niderlandda Malayziyaya məxsus "Boeing” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsi yad edilib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qəza nəticəsində ölənlərin 74-nün cənazəsi Hollandiyaya aparılıb. Xrakova hava limanından cəsədlər sayğı duruşu ilə qarşılanıb.

Bir gün öncə ölkəyə gətirilən 40 cənazəni Niderland kralı Vilyem Aleksandrla kraliça Maksima rəsmi törənlə qarşılamışdı.

298 qəzada ölmüş 40 nəfərin meyiti iki hərbi-nəqliyyat təyyarəsi ilə Niderlanda gətirilib.

Xatırladaq ki, sonuncu dəfə Niderlandda milli matəm günü 1962-cı ildə kraliça Vilqelminanın vəfat etməsi ilə əlaqədar elan olunub.

Cənazələrin qarşılanması mərasimindən bəzi fotoları diqqətinizə çatdırırıq.