adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Iyul 2014 10:08
4607
HADİSƏ
A- A+

İŞİD peyğəmbərin türbəsini belə uçurdu - Video

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması daha bir peyğəmbər türbəsini havaya uçurub.

Adalet.az anspress-ə istinadən xəbər verir ki, Suriyada və İraqda dəhşətli əməliyyatlar həyata keçirən İŞİD terror qruplaşması bölgədəki tarixi və mənəvi dəyəri olan binalara da zərər verməkdə davam edir. Həm müsəlmanlar, həm də xristianlar üçün müqəddəs məkan sayılan bir çox məbədləri yerla-yeksan edən qruplaşma bu dəfə həzrəti Şit peyğəmbərin (Quranda adı keçən 25 peyğəmbərdən biri) türbəsini uzaqdan idarəedilən bomba ilə havaya uçurub.

Xatırladaq ki, sonuncu dəfə İŞİD silahlıları Həzrəti Yunus peyğəmbərin Mosulda yerləşən türbəsini partlatmışdı.